Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın geyim mağazaları xarici onlayn platformaların onlara problem yaratdığını bildirir

Baxış: 218

"Bəzi brendlərin Azərbaycandan getməsi ehtimalı var"

Azərbaycanın geyim mağazaları xarici onlayn platformaların onlara problem yaratdığını bildirir
Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) İdarə Heyətinin sədri Fərid Novruzi ilə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM)  Vergi və gömrük komitəsinin rəhbəri Nərmin Aslanova arasında görüş keçirilib. 
AFRA-nın yaydığı məlumatda bildirilir ki, görüşün əsas məqsədi, hər iki ildən bir, AmCham üzvlərinin rəyi əsasında Azərbaycanda biznes mühitininə dair ümumi fikri təmsil edən “Ağ Sənəd “-in hazırlanması və həmin sənəddə pərakəndə geyim idxalçılarının rəyinin nəzərə alınması idi.  “Ağ Sənəd” ölkə başçısına təqdim olunmaq üçün hazırlanır. 

Fərid Novruzi, komitə rəhbəri Nərmin Aslanovaya pərakəndə geyim idxalçılarının üzləşdiyi əsas problemlər  - xarici onlayn platformaların aktivliyi, yüksək gömrük yığımları və Əlavə Dəyər Vergisinin idxal zamanı (satış həyata keçirilməmiş) yığılmasının geyim idxalçıları sahəsində fəaliyyət göstərən sahibkarların qeyri sağlam rəqamət mühiti ilə üzləşməsi, hətta bəzi brendlərin Azərbaycandan getməsi ehtimalının yüksək olması barədə məlumat verib. 
Nərmin Aslanova  qeyd olunan problemlərin, yeni təyin olunmuş Dovlər Gömrük Komitəsinin sədri Şahin Bağırovla görüşdə səsləndirəcəyinə söz verib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.