Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ceyhandan Azərbaycan neftinin ixracı yaxın vaxtda normal qrafikə qayıdacaq

Baxış: 167


Ceyhandan Azərbaycan neftinin ixracı yaxın vaxtda normal qrafikə qayıdacaq
BP şirkəti SOCAR və “Boğaz International Limited” ilə birlikdə Türkiyədə baş verən zəlzələdən sonra Bakı-Tbilisi-Ceyhan (BTC) boru neft kəmərində və onun obyektlərində yoxlama keçiriblər.
Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz 2022-ci ilin nəticələrinə həsr olunmuş tədbirdə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yoxlama nəticəsində ciddi ziyan aşkar olunmayıb və ona görə də boru kəməri ilə neftin ixracı dayandırılmayıb.
Qəri Counz onu da əlavə edib ki, Ceyhanda yerləşən terminalda neftin tankerlərə yüklənilməsində bir qədər fasilə yaransa da, bu proses bərpa olunub və bu həftənin axırından sonra neftin dünya bazarlarına göndərilməsi normal qrafika qayıdacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.