Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qarabağda torpaq islahatları beynəlxalq təcrübə əsasında həyata keçiriləcək

Baxış: 140


Qarabağda torpaq islahatları beynəlxalq təcrübə əsasında həyata keçiriləcək
Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə torpaq islahatlarının həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənəcək.
"Sahibkartv.az" xəbər verir ki, bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
"Bu ayın sonunda dövlət qurumlarının rəsmilərindən ibarət böyük nümayəndə heyəti Türkiyə və İsrailə səfər edəcək, bu ölkələrin torpaq islahatı sahəsində təcrübəsi öyrəniləcək. Ümid edirəm ki, tezliklə bu məsələyə aydınlıq gətiriləcək", - deyə o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.