"30 il ərzində işğal altında qalan Azərbaycan ərazilərinin azad edilməsi, bu ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə də region üçün böyük əhəmiyyətə malik Zəngəzur dəhlizinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək".
"Sahibkartv.az"ın xəbərinə görə, bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitinin plenar iclasında çıxış edərkən deyib.
Baş nazir Azərbaycanın bu gün müstəqil və fəal xarici siyasət yürütdüyünü, dünya miqyasında etibarlı tərəfdaş kimi tanındığını bildirib.
Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan 30 il işğal altında qalan öz əzəli torpaqlarını azad edib.
Bildirilib ki, beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hər zaman böyük hörmətlə, məsuliyyətlə yanaşan Azərbaycan dövləti bu gün regionda sülhün, sabitliyin, əməkdaşlığın və dayanıqlı inkişafın bərqərar edilməsi istiqamətində səylə çalışır.
Azərbaycanın hər zaman ehtiyac içərisində olan ölkələrlə həmrəy olduğu, onlara yardım göstərdiyi xüsusi vurğulandı. “Xüsusilə ötən dövr ərzində COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq arenada həmrəyliyin möhkəmləndirilməsinə töhfəmizdir”, - deyə Baş nazir bildirib.
Ə.Əsədov Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə bağlı bir daha Azərbaycanın həmrəyliyini ifadə edib.
Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu sədrliyi barədə məlumat verən Ə.Əsədov üzv dövlətlərin yekdil razılığı ilə bu sədrliyin bir il uzadılmasının ölkənin beynəlxalq arenada oynadığı rola verilən qiymət kimi dəyərləndirib.
İclas iştirakçılarına Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, insanların yaşayış şəraitinin yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Keçən il Ümumi Daxili Məhsulun əvvəlki illə müqayisədə 4,6 faiz artığı, xarici ticarətin ildən-ilə yüksəldiyi, eyni zamanda, xarici borcun əhəmiyyətli dərəcədə azaldığı diqqətə çatdırılıb.
Bildirilib ki, iqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində qeyri-neft məhsullarının ixracı 12,3% yüksəlib və dövlət büdcəsinin gəlirlərinin 50%-i qeyri-neft-qaz gəlirləri hesabına formalaşıb.
Bütün ölkələr üçün ərzaq təhlükəsizliyi məsələsinin kəskin şəkildə aktuallaşması fonunda Azərbaycanda əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması istiqamətində təxirəsalınmaz tədbirlərin görüldüyü qeyd olunub.
Vurğulanıb ki, Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır.
Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin yaradılması dövlət və sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan və şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin edən addım kimi qiymətləndirilib.
Ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatıran Azərbaycanın bir sıra regional və beynəlxalq nəqliyyat layihələrinin təşəbbüskarı və əsas iştirakçısı olduğu diqqətə çatdırılıb.
Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malik olduğu vurğulanıb.
Azərbaycanın kosmik sənaye və müasir texnologiyalar sahələrində əldə etdiyi uğurlardan bəhs edən Baş nazir 2023-cü ilin oktyabr ayında Bakı şəhərində 74-cü Beynəlxalq Astronavtika Konqresinin keçiriləcəyini bildirib, bu sahədə fəaliyyət göstərən bütün təşkilat və qurumları tədbirə dəvət edib.
Azərbaycan, eyni zamanda, bir sıra vacib enerji layihələrinin təşəbbüskarı və iştirakçısı qismində çıxış etdiyi bildirilib, Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.
Baş nazir vurğulayıb ki, bununla bərabər, Azərbaycan elektrik enerjisi ixracatçısı kimi də öz mövqeyini möhkəmləndirməkdədir və ölkə çox böyük yaşıl enerji potensialına malikdir.
“Bu gün biz xarici investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrə başlamışıq. Bunlardan biri – 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə həyata keçirilir. “Masdar” şirkəti bu sahədə bizim üçün əsas və güvənilən tərəfdaşlardan biridir”, - Baş nazir bildirib.
Ötən ilin dekabr ayında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin əhəmiyyəti vurğulanıb.
Postpandemiya, postmünaqişə və polikrizis dövrünün çağırışlarına toxunan Ə.Əsədov növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edildiyi diqqətə çatdırılıb.
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub
13:35 / 18-01-2025
Hökumənin atasına dələduzluq: "Kapital Bank"dan açıqlama
12:30 / 18-01-2025
H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb
12:21 / 18-01-2025
Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib
12:17 / 18-01-2025
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Baş nazir: "Zəngəzur dəhlizinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək"
Bölməyə aid digər xəbərlər
Tarix: 15-02-2023, 19:57 Oxunub: 93
Bölməyə aid digər xəbərlər
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
16-01-2023, 08:00
İlham Əliyev BƏƏ Prezidenti ilə görüşüb -YENİLƏNİB
12-12-2022, 14:30
Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının iclasında iştirak edib - YENİLƏNİB-3
17-11-2022, 15:49
Gənclər siyasəti sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
7-05-2022, 15:30
“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb
11-10-2021, 12:53
İlham Əliyevin Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı - TAM MƏTN + FOTO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
2-02-2021, 11:20
2 fevral - Azərbaycan Gəncləri Günüdür
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-12-2020, 09:15
İlham Əliyev – güclü dövlətin qalib Prezidenti
24-12-2020, 09:10
İlham Əliyev – güclü dövlətin qalib Prezidenti
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO