Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropada təbii qazın qiyməti 1,1 % artıb

Baxış: 171


Avropada təbii qazın qiyməti 1,1 % artıb
Avropada təbii qazın qiyməti çərşənbə günü ticarət əməliyyatlarının əvvəlində bir qədər artaraq 1 000 kubmetr üçün 580 ABŞ dolları səviyyəsində olub.
“Sahibkartv.az” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın mart fyuçersləri ticarətə 1 000 kubmetr üçün 585,7 ABŞ dolları (+1 %) səviyyəsində başlayıb.
Daha sonra onların dəyəri 585,9 ABŞ dollarına (+1,1 %) yüksəlib. Dinamika əvvəlki ticarət günü qeydə alınmış hesablaşma qiymətinə (1 000 kubmetr üçün 579,6 ABŞ dolları) əsasən hesablanır.
Xatırladaq ki, yanvarın 17-də Avropada təbii qazın qiyməti 2021-ci il avqustun 31-dən bəri ilk dəfə 600 ABŞ dollarından aşağı düşüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.