Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan İnvestisiya Şirkəti səməni arpasının emalına yatırım imkanlarını araşdırır

Baxış: 190


Azərbaycan İnvestisiya Şirkəti səməni arpasının emalına yatırım imkanlarını araşdırır
İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “AzərŞəkər” pivə istehsalı üçün səməni arpasının emalı layihəsi üzrə birgə investisiya imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
O qeyd edib ki, layihənin əsas məqsədi yerli istehsala dəstək və idxaldan asılılığın azaldılmasıdır.
Xatırladaq ki, 2022-ci ildə "Azərbaycan İnvestisiya Şirkəti" ASC qida emalı, quşçuluq, alternativ enerji, logistika, əczaçılıq və mədən sahələrində olan 5 layihəyə 10 milyonmanat sərmayə yatırıb, daha 4 layihə üzrə qarşıdakı dövrdə 20,5 milyon manat investisiya yatırılması qərara alınıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.