Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın xarici ticarətində 464 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb

Baxış: 196


Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
“Sahibkartv.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 19 % azdır.
İllik xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 39,2 % az, idxal isə 44,9 % artıb.
Son nəticədə xarici ticarətdə 464 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 4,6 dəfə azdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.