Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan İnvestisiya Şirkəti İsrailin startapına 1 milyon dollar yatırıb

Baxış: 200



İsrailin "OurCrowd" şirkəti ilə əməkdaşlıq çərçivəsində İqtisadiyyat Nazirliyinin "Azərbaycan İnvestisiya Şirkəti" ASC fəaliyyəti dövründə ilk dəfə texnoloji startap layihəsinə 1 milyon ABŞ dolları dəyərində investisiya yatırıb.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Məlumata görə, investisiya yatırılmış İsrailin "LARGIX" startapı sənaye məhsullarının hazırlanması üzrə ixtisaslaşır.
Xatırladaq ki, 2022-ci ilin sonuna "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin investisiya portfelinin dəyəri və qərar verilmiş investisiyaların məbləği 240,3 milyon manat təşkil edib. Həmin məbləğin 76 %-i ağır sənayeyə, 13 %-i qida sənayesinə, 3 %-i "yaşıl iqtisadiyyat"a, 8 %-i isə digər sahələrə yönəldilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.