Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yanvarda İES-lərdə elektrik enerjisi istehsalı 9 %-dək artıb

Baxış: 298


Yanvarda İES-lərdə elektrik enerjisi istehsalı 9 %-dək artıb
Bu ilin yanvar ayında Azərbaycanın İstilik Elektrik Stansiyalarında (İES) 210,1 milyon kVt/s və ya 8,56 % artaraq 2 milyard 664,7 milyon kVt/s, Su Elektrik Stansiyalarında (SES) 13,5 milyon kVt/s yaxud 24,95 % azalaraq 67,2 milyon kVt/s elektrik enerjisi istehsal olunub.
Bu barədə “Sahibkartv.az”a Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.
Bu dövrdə digər mənbələr (Külək Elektrik Stansiyası – KES, Günəş Elektrik Stansiyası – GES və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu - BMTZ) üzrə elektrik enerjisinin istehsalı 24,06 milyon kVt/s olub.
Bu da müvafiq dövrlə müqayisədə 0,64 milyon kVt/s, yaxud 2,59 % artıb.
Ay ərzində KES-lərdə 0,78 milyon kVt/s (88,36 % azalma), GES-də 3,93 milyon kVt/s (19,09 % artım), BMTYZ-da isə 19,35 milyon kVt/s (31,63 % artım) elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, bu ilin yanvar ayı ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 195,9 milyon kVt/s, yəni 7,7 % artaraq 2 milyard 755,9 milyon kVt/s olub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.