Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yanvarda Naxçıvanda elektrik enerjisi istehsalı 1 %-dən çox azalıb

Baxış: 269



Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 28,85 milyon kVt/s elektrik enerjisi istehsal edilib.
“Sahibkartv.az”ın Azərbaycan Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Naxçıvan MR Dövlət Energetika Xidməti məlumat yayıb.
Bildirilir ki, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 0,32 milyon kVt/s, yaxud 1,1 % azdır.
Qeyd edilən dövr ərzində Naxçıvanın İstilik Elektrik Stansiyalarında (İES) elektrik enerjisi istehsalı 1,29 milyonkVt/s və ya 5,54 % azalaraq 21,98 milyon kVt/s-a düşüb.
2023-cü ilin yanvarında Muxtar Respublikanın Su Elektrik Stansiyalarında (SES) elektrik enerjisi istehsalı 0,38 milıyon kVt/s, yaxud 13,29 % artaraq 3,24 milyon kVt/s-a, Günəş Elektrik Stansiyalarında (GES) 0,59 milyon kVt/s və ya 19,41 % yüksələrək 3,63 milyon kVt/s-a çatıb.
Qeyd edək ki, bu ilin yanvar ayı ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 195,9 milyon kVt/s, yəni 7,7 % artaraq 2 milyard 755,9 milyon kVt/s olub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.