Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dolların ucuzlaşması fonunda qızılın qiyməti artıb

Baxış: 244


ABŞ-da yanvar ayı üzrə inflyasiya ilə bağlı statistik məlumatların açıqlanması ərəfəsində dolların ucuzlaşması qızılın qiymətinin artmasına səbəb olub.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,27 % və ya 5,1 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 889,05 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,57 % artaraq 1 unsiyası 21,977 ABŞ dolları təşkil edib.
ABŞ dollarının indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,19 % düşərək 103,15 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.
Bu gün ABŞ-da yanvar ayı üzrə inflyasiya ilə bağlı statistik məlumatların açıqlanması gözlənilir. Analitiklər yanvar ayında istehlak qiymətlərində artımın ötən ay qeydə alınmış 6,5 %-dən 6,2 %-ə düşəcəyini proqnozlaşdırırlar.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.