Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Baba Rzayev: “İstilik elektrik stansiyasına investisiyalar ən uzağı 6 ilə qaytarılacaq”

Baxış: 264


Bu gün təməli qoyulan müstəqillik dövrünün 1 280 MVt gücündə olan ən böyük İstilik Elektrik Stansiyasına (İES) yatırılan investisiyalar maksimum 6 ilə qaytarılacaq.
“Sahibkartv.az” xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev AzTV-də çıxışı zamanı deyib.
Onun sözlərinə görə, mövcud şərtlər qoyulan investisiyaların daha tez qaytarılmasına imkan verir:
“Əgər indiki bazar qiymətləri ilə baxsaq faktiki olaraq daha tez gözləyirik ki, həmin investisiya qayıtsın. Amma maksimum 6 ilə qoyulan investisiya qaytarılacaq”.
Xatırladaq ki, bu gün Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1 280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Ümumi dəyəri 400 milyon ABŞ dolları olan layihənin investisiyasının 60 %-ni “Azərenerji” ASC daxili imkanlar hesabına, 40 %-ni isə kreditlər hesabına qarşılanacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.