Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ekspert: "Azərbaycan Mərkəzi Asiyadan Aİ-yə qaz ixracı üçün platformaya çevrilə bilər"

Baxış: 186


Ekspert: Azərbaycan Mərkəzi Asiyadan Aİ-yə qaz ixracı üçün platformaya çevrilə bilər
“Azərbaycan gələcəkdə Mərkəzi Asiyadan Avropa İttifaqına təbii qaz ixracı üçün platformaya çevrilə bilər”.
"Sahibkartv.azt" xəbər verir ki, bunu Belçikanın "New Direction" beyin mərkəzinin icraçı direktoru Vitold de Şevilli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığa həsr olunmuş vebinarında çıxışı zamanı deyib.
"Rusiyanın Ukraynada başlatdığı müharibə ilə əlaqədar olaraq, Avropa İttifaqı üçün daha təhlükəsiz nəqliyyat marşrutlarının tapılması vacibdir ki, onlardan biri də Orta Dəhlizdir. Bu, əməkdaşlığımızı genişləndirmək üçün unikal imkandır və biz əminik ki, Mərkəzi Asiyadan və Cənubi Qafqazdan Aİ-yə ixrac artacaq. Bilirik ki, son 7 ayda bu göstərici artıq 15 % artıb, lakin biz daha da çox iş görməliyik”, - o bildirib.
Təbii qaza sərbəst çıxış olmadan Aİ iqtisadiyyatının inkişaf etməsinin mümkün olmadığını bildirən ekspert ötən ilin iyulunda Azərbaycan ilə enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalandığını xatırladıb.
Belçikanın beyin mərkəzinin rəhbəri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb: "Dayanıqlı inkişaf etməsi üçün regionda sabitlik və sülh olmalıdır. Bu baxımdan biz Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilən görüşlərdə bəzi müsbət addımların şahidi olduq".


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.