Bu ilin yanvar ayında operativ məlumatlara görə, Azərbaycanda hasil edilmiş 2,7 milyon ton neftin 2,1 milyon tonu ixraca nəql edilib.
“Sahibkartv.az” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb.
O bildirib ki, yanvarda 4 % artımla hasil edilmiş 4,2 milyard kubmetr qazın 2,2 milyard kubmetri ixrac olunub.
Xatırladaq ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.
Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.
Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyardkubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Qeyd edək ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Lavrovun Ankaraya təxirəsalınmaz səfəri: Bu məsələlər müzakirə olunacaq
10:45 / 24-02-2025
Bu yollarda sürət həddi bərpa edildi
10:40 / 24-02-2025
İlham Əliyevin Şahbaz Şəriflə görüşü başladı
10:35 / 24-02-2025
HAMAS məhbusların azad edilməsini tələb edir
09:28 / 24-02-2025
Yeni “iPhone”ların qiyməti artacaq: Trampın ayağı ağır oldu
09:22 / 24-02-2025
Güclü qar ciddi problemlər yaradıb
09:16 / 24-02-2025
Şolts məğlubiyyətini etiraf etdi
09:11 / 24-02-2025
İmamoğlu diplomunu paylaşdı, özünü işə saldı
09:10 / 24-02-2025
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
09:00 / 24-02-2025
Fermerlər Üçün Elektron Ticarət Platformaları
19:11 / 22-02-2025
Fermerlər üçün Su Resurslarının Yeni İdarəetmə Sistemləri
18:52 / 22-02-2025
Kənd Təsərrüfatında Karbon Azaltma Texnologiyaları
18:23 / 22-02-2025
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
Ötən ay Azərbaycan 2,1 milyon ton neft ixrac edib

Bölməyə aid digər xəbərlər

Tarix: 13-02-2023, 09:11 Oxunub: 151
Bölməyə aid digər xəbərlər
3-02-2023, 17:16
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub
3-02-2023, 14:28
Fatih Dönməz: “Yaxın 3-4 ildə TANAP-ın həcmi iki dəfə artırılacaq”
12-01-2023, 13:16
Ekspert: “Transxəzər layihəsi kommersiyadan daha çox siyasi alver predmetinə çevrilib”
3-01-2023, 14:44
Azərbaycanın energetika sektoruna 2022-ci ilin verdiyi töhfə
15-12-2022, 09:41
Azərbaycan hasil edilmiş neftin 80 %-ni, qazın 47 %-ni ixrac edib
18-10-2022, 21:15
Alparslan Bayraktar: “TANAP və TAP layihələri dünya üçün nümunədir”
13-10-2022, 18:00
TANAP faydalı yanacaq sahəsində Dünya Bankının 10 ən yaxşı layihəsinə başçılıq edir
1-10-2022, 17:10
İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
19-09-2022, 19:00
Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
17-10-2020, 18:09
Azərbaycanda neft-qaz hasilatı ilə bağlı operativ məlumatlar
22-09-2020, 19:10
Azərbaycanda qaz hasilatı artıb