Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin "Sahibkartv.az"a verdiyi açıqlamasına görə, bu, Mərkəz tərəfindən hazırlanan 2023-2030-cu illər üzrə kənd təsərrüfatının artım tempinin ilkin prqonozlarında nəzərdə tutulub.
F.Fikrətzadə hesab edir ki, məhz dövlət dəstəyi tədbirləri hesabına artım templəri, indiyənə qədər olduğu kimi 4 % səviyyəsində qorunub saxlanılır: "İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və digər beynəlxalq təşkilatlar dünyada aqrar sahənin artımını müxtəlif ölkələr qrupu üzrə 1-2 % civarında proqnozlaşdırırlar”.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru deyib ki, Azərbaycanda aqrar sahə üzrə artımın bir mənbəyi intensiv meyvəçiliklə bağlıdır: “İntensiv meyvəçilikdə Azərbaycanda bir neçə istiqamət var. Çəyirdəkli meyvələr qrupuna daxil olan gilas, gilanar, gavalı, ərik, şaftalı kənd təsərrüfatında kommersiya yönümlü yeni bir sahədir. Bu, son illərin trendidir. 2022-ci ildə 60 min tondan çox çəyirdəkli meyvələr ixrac olunub, bu isə, tarixi bir rekorddur.
Kənd təsərrüfatında artımı gözlədiyimiz ikinci sahə fındıq və badamdır. Fındıqçılıq Azərbaycanda ənənəvi sahədir, badam istehsalı da artacaq və bu trendə qoşulacaq.
Növbəti sahə sitrus meyvələridir. Ölkə ildə 40-50 min ton sitrus idxal edir, lakin Azərbaycan tarixində ilk dəfə olaraq 2022-ci ildə 4 min 500 ton həcmində sitrus ixrac etdik. Proqnozlaşdırırıq ki, ümumi sitrus meyvələrinin ölkəyə idxalı təqribən 50 % azalacaq. Xüsusilə də narıngi idxalı yerli istehsalla əvəzlənəcək”.
O əlavə edib ki, Azərbaycanda meyvəçilikdə yeni trend narçılıq sahəsində yaranacaq: “Dünyada Azərbaycan narçılıq və fındıqçılıq sahələri üzrə müqayisəli üstünlüyə malikdir. Bizim bu sahələrdə, nəinki almaçılıqda, genişlənmək perspektivimiz böyükdür. Biz nar ixracında dünya üzrə əsas oyunçulardan biri ola bilərik. Azərbaycan narı ilə bağlı yeni bir trend yaranıb və bizim məhsul artıq Avropa bazarına daxil olub. Avropa istehsalkıçısı İsrail, Türkiyə, İran, İspaniya narıından tamam fərqli məhsul əldə edə bilər. Nar və nar şirəsi Azərbaycanın qeyri-MDB bazarlarına, yəni Avropa, Amerika və digər bazarlara ixrac etdiyi nadir məhsullardan biridir”.
F.Fikrətzadə taxılçılığın inkişafının əsas istiqamətlərinə toxunaraq bildirib ki, bu sahədə pivot suvarma sistemlərinin tətbiqinin genişlənməsi gğzlənilir: “Ölkədə 50 min hektar sahədə pivot suvarma sistemləri tətbiq edilir və bu ərazini 200 min hektara çatdırılması nəzərdə tutulur. Taxılçılıqda pivot suvarma sisteminin genişləndirilməsi bir neçə istiqamətdə əlavə məhsulların da artımına imkan yaradacaq. Pivot suvarma sistemi növbəli əkin tələb edir, həm də təkrar əkinə imkan yaradır. Bu, şəkər çuğunduru, günəbaxan, soya, dən üçün və silosluq qarğıdalının istehsalının genişlənməsi üçün geniş imkanlar açır.
Məsələn, Azərbaycanın soya istehsalı perspektivinin 2-3 min tondan çox olacağını gözləmirdik, ancaq pivot suvarma sahələrini 200 min hektara çatdırsaq, soya istehsalı 80 min ton olacaq. Bunlarla bərabər, bundan sonra pambıqçılıq, kartof və tərəvəzçilik kimi sahələrdə artım intensiv texnologiyaların daha geniş təbiqi hesabına təmin olunacaq".
O qeyd edib ki, heyvandarlığın inkişafını yalnız intensiv heyvandarlıq hesabına, o cümlədən cins tərkibinin yaxşılaşdırılması hesabına artırmaq mümkündür: “Bundan sonra ənənəvi metodla heyvandarlığı inkişaf etdirmək şansımız yoxdur. Dövlətin ciddi dəstək tədbirləri var, sadəcə onlar yeni mexanizmlər əsasında təkmilləşdirilməlidir".
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub
13:35 / 18-01-2025
Hökumənin atasına dələduzluq: "Kapital Bank"dan açıqlama
12:30 / 18-01-2025
H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb
12:21 / 18-01-2025
Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib
12:17 / 18-01-2025
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Dayanıqlı Sahibkarlıq
20:00 / 17-01-2025
Bərpa Olunan Enerji Sahibkarlığın Gələcəyini Formalaşdırır
19:41 / 17-01-2025
Mərkəzi Afrikada Əsir Götürülmüş Fillər "Sərbəstlik Ordusu" Yaratdı
19:30 / 17-01-2025
Virtual Tədbirlər Sahibkarlıq Mədəniyyətini Dəyişdirir
19:19 / 17-01-2025
Mikro Sahibkarlıq Ekosistemləri
19:00 / 17-01-2025
Psixoloji Xidmətlər Sahibkarlığın Yeni Trendi Olur
18:52 / 17-01-2025
Əbədi Tətil: Sahibkarlar Üçün Yeni "Yavaş Turizm" Modeli
18:23 / 17-01-2025
Texnologiya ilə Qida İstehsalı: Şaquli Ferma Sahibkarlığı
18:00 / 17-01-2025
Sahibkarlığın Sərhədləri Uzaq Yerlərə Genişlənir
17:39 / 17-01-2025
Tullantısız Gələcək Yolunda Addım
17:16 / 17-01-2025
Biohacking Sahibkarlıqda Yeni Bir Sektoru Formalaşdırır
17:00 / 17-01-2025
Metaverse Sahibkarlıq
16:38 / 17-01-2025
Azərbaycanın aqrar sektorunda 2031-ci ilədək 4 %-lik artım tempini saxlamaq üçün yollar açıqlanıb
Bölməyə aid digər xəbərlər
2023-2030-cu illər ərzində meyvəçilik, taxılçılıq, texniki bitkilər, heyvandarlıq sahələrinin intensiv inkişafı hesabına aqrar sahədə orta illik artım tempi 4 % olaçağı proqnozlaşdırılır.
Tarix: 11-02-2023, 14:45 Oxunub: 117
Bölməyə aid digər xəbərlər
29-12-2022, 13:48
Azərbaycan iqtisadiyyatı 2022-ci ildə: Hansı çağırış və nailiyyətlər oldu, gözləntilər nədir?
11-06-2022, 15:38
Kənd Təsərrüfatı Nazirliyi: "Ölkədə buğda ehtiyatları formalaşıb"
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
21-04-2022, 11:03
Naxçıvan iqtisadiyyatı 1,5% artıb
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
28-01-2022, 21:58
YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olunub – SİYAHI
9-09-2021, 18:13
2022-ci ilin dövlət büdcəsi açıqlandı - İLKİN GÖSTƏRİCİLƏR
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
28-04-2021, 12:38
Asiya İnkişaf Bankından Azərbaycan iqtisadiyyatı barədə yeni proqnoz
28-04-2021, 11:27
Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə toplanan vergilərdə rekord
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
2-01-2021, 14:37
Azərbaycanda inəklərin güzəştli sığortası başlayıb
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO