Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünya bazarında neftin qiyməti cüzi düşüb

Baxış: 216


Dünya bazarında neft cüzi ucuzlaşsa da, tələbin artması növbəti həftənin əvvəlindən başlayaraq qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin aprel fyuçersləri 0,24 % ucuzlaşaraq 1 bareli 84,3 ABŞ dollarına satılıb. "WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,37 % düşüb və 1 bareli 77,77 ABŞ dolları təşkil edib.
Əsasən Çində tələbin bərpası ilə bağlı gözləntilər növbəti həftənin əvvəlindən qiymətlərin təxminən 5 % artmasına səbəb ola bilər. “Qara qızıl”ın əsas idxalçısı olan Çində koronavirus məhdudiyyətlərinin yumşaldılması qlobal neft alışı perspektivlərinə müsbət təsir göstərir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.