Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Paytaxtda əməkhaqqı Azərbaycan üzrə orta maaşı 28 %-dən çox üstələyir

Baxış: 333


Paytaxtda əməkhaqqı Azərbaycan üzrə orta maaşı 28 %-dən çox üstələyir
2022-ci ilin yanvar-noyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 067,5 manat təşkil edib.
Bu barədə “Sahibkartv.az”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən ilin 11 ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,8 % artıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin eyni dövrünə nisbətən 14,6 % artaraq 829,9 manat təşkil edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.