Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Aİ Rusiyanın neft məhsullarına embarqo və G7 ilə birlikdə qiymət limitləri qoyub

Baxış: 233


Avropa İttifaqı Yeddilik Qrupu (G7) və Avstraliya ilə birlikdə bazar günündən etibarən dəniz yolu ilə daşınan Rusiya neft məhsullarının kateqoriyasından asılı olaraq bir barel üçün 100 və 45 ABŞ dolları məbləğində qiymət limitləri tətbiq edib.
"Sahibkartv.az"ın xarici mətbuata istinadən məlumatına görə, məhdudiyyətlər Qərb bizneslərinə və Qərbin nəzarətində olan logistika şirkətlərinə, onların nəzarəti altında olan ərazilərə şamil olunacaq.
Fevralın 5-dən aprelin 1-dək 55 günlük keçid dövrü başlayacaq. Qiymət səviyyələri iki aydan bir nəzərdən keçiriləcək.
Aİ ölkələrində 2022-ci ilin iyununda razılaşdırılan Rusiya neft məhsullarının dəniz yolu ilə tədarükünə qadağa bu gün qüvvəyə minib. Boru kəmərləri ilə neft tədarükü məhdud deyil.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.