"Yaşıl enerji"nin Xəzər dənizindən Avropaya ötürülməsindən irəli gələn məsələlərin koordinasiyalı şəkildə yerinə yetirilməsi üçün İşçi Qrupu yaradılacaq.
“Sahibkartv.az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası Nazirlərin 1-ci iclası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkənin nazirlərinin ilk iclasında razılaşdırılıb.
Bildirilir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Rumıniyanın energetika naziri Daniel Virgil Popeskunun iştirakı ilə iclasda “yaşıl enerji”nin inkişafı və ötürülməsi üzrə gələcək fəaliyyətin konsepsiyası müzakirə edilib. Tədbirdə Avropa İttifaqını enerji məsələləri üzrə komissar Kadri Simson təmsil edib.
İclasda enerji təchizatı və tranzit marşrutlarının şaxələndirilməsi üçün "yaşıl enerji" layihələrinin həyata keçirilməsinin strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Mövcud bərpa olunan enerji potensialından istifadəni genişləndirmək və" yaşıl" elektrik enerjisi ticarətini inkişaf etdirmək məqsədilə dörd ölkə arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.
Sonda iclasın yekunlarına dair Protokol imzalanıb.
Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban tərəfindən Buxarestdə imzalanıb. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.
Hikmət Mirzəyevə ağır itki
11:50 / 18-04-2025
Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
11:44 / 18-04-2025
Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
11:39 / 18-04-2025
Xankəndinin Baş planı hazırlanır
11:33 / 18-04-2025
ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
10:56 / 18-04-2025
“O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
10:51 / 18-04-2025
Həccə getmək niyə bizdə baha, qonşu ölkələrdə ucuzdur? - AÇIQLAMA
10:45 / 18-04-2025
Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
10:26 / 18-04-2025
DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
09:50 / 18-04-2025
Başlıbel qətliamından 32 il ötür
09:44 / 18-04-2025
Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
09:00 / 18-04-2025
AI Sayəsində Qlobal Bazarlara Çıxış Sadəcə Bir Linklə Mümkün Olacaq
22:12 / 17-04-2025
Şirkətlər İşçilərini Artıq AI İlə Təyin Edəcək
21:21 / 17-04-2025
Gələcəkdə Məhsul Fikri Öz-özünə Satılacaq
20:43 / 17-04-2025
AI İlə “Sahibkarlar Üçün Günlük Psixoloji Dəstək” Proqramı Hazırlandı
20:30 / 17-04-2025
Freelancerlər Üçün Yeni AI Qardaşlığı Modeli Yaradıldı
20:17 / 17-04-2025
Mikro-Françayzinq: Hər Kəs Öz Küçə Biznesini 3 Saatda Qura Biləcək
19:49 / 17-04-2025
“Dream2Biz” Sistemi Sahibkarın Yuxularını İdeyaya Çevirir
19:30 / 17-04-2025
AI Öz İstehsal Zəncirini Qura Bilən Sahibkarlıq Platforması İlə Gəlir
19:19 / 17-04-2025
Şəxsi Brend Yaratmaq İndi Sadəcə 60 Saniyə Çəkəcək
18:52 / 17-04-2025
Gələcəyin Biznes Seminarları Yalnız 5 Dəqiqəlik AI Vizualizasiyalarla Olacaq
18:30 / 17-04-2025
Startaplar Artıq Özlərini AI-ə Test Etdirərək İnvestor Tapacaq
18:20 / 17-04-2025
Rəqəmsal Əməkdaşlıq – Robot Tərəfdaşlı Şirkətlər Dövrü
17:48 / 17-04-2025
Özünü Yazılı Şəkildə İfade Etmək Çətin Olanlar Üçün AI Dəstəyi Gəlir
17:30 / 17-04-2025
Sahibkarlıq Hisslərinə Uyğun İntuitiv Marketinq AI-lə Mümkün Olacaq
17:19 / 17-04-2025
AI İlə Tək Şəxslik Şirkətlər Qlobal Şəbəkəyə Çevrilir
16:48 / 17-04-2025
“ZeroHuman” Platforması Sahibkarsız Biznes Modeli İlə Tanıdıldı
16:17 / 17-04-2025
Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
16:00 / 17-04-2025
Sahibkarların Beyin Dalğaları ilə Biznes İdarəsi Dövrü Başlayır
15:46 / 17-04-2025
Kartdan pul oğurlanır: banklar heçmi məsuliyyət daşımır?
15:30 / 17-04-2025
“EduCraft” – Hər Tələbəyə Öz Təhsil Dünyasını Quran Platforma
15:17 / 17-04-2025
Xəzərdən Avropaya "yaşıl enerji"nin ötürülməsinin koordinasiyası üçün İşçi Qrupu yaradılacaq

Bölməyə aid digər xəbərlər

Tarix: 3-02-2023, 13:40 Oxunub: 268
Bölməyə aid digər xəbərlər
3-02-2023, 15:30
Ekspert: "Azərbaycandan "yaşıl enerji"nin Avropaya ötürülməsi üçün infrastruktur qurulmalıdır"
3-01-2023, 14:44
Azərbaycanın energetika sektoruna 2022-ci ilin verdiyi töhfə
29-12-2022, 13:48
Azərbaycan iqtisadiyyatı 2022-ci ildə: Hansı çağırış və nailiyyətlər oldu, gözləntilər nədir?
19-12-2022, 19:33
“Azərbaycan Avropaya digər enerji körpüsünü salmağa başlayır” - RƏY
18-12-2022, 09:30
Azərbaycanın enerji strategiyasında yeni era – ŞƏRH
12-12-2022, 14:30
Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının iclasında iştirak edib - YENİLƏNİB-3
1-10-2022, 17:10
İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
21-09-2022, 14:44
Virgil Popesku: “Rumıniyaya Azərbaycandan qaz nəqli üçün tranzit müqavilələri lazımdır”
25-08-2022, 08:02
Macarıstan Azərbaycandan yaşıl elektrik enerjisi alacaq
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
3-02-2022, 18:13
Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün Azərbaycan maraqlı tərəflərlə dialoqa başlamağa hazırdır
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM