Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SOCAR-ın prezidenti TPAO şirkətinin prezidenti ilə görüşüb, bir sıra sənədlər imzalanıb

Baxış: 278



SOCAR-ın prezidenti TPAO şirkətinin prezidenti ilə görüşüb, bir sıra sənədlər imzalanıb 


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2023-cü il fevralın 2-də “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin prezidenti Melih Han Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən, yüksək səviyyəli strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib, bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində əməkdaşlığın sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb.

Ölkəmizdə ilk xarici sərmayədarlardan biri olan TPAO şirkətinin ötən illər ərzində SOCAR-la “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”,  “Cənubi Qafqaz Boru Kəməri” kimi strateji əhəmiyyətli layihələrdə uğurla tərəfdaşlıq etdiyi vurğulanıb, birgə icra edilən layihələrin hər iki ölkənin davamlı iqtisadi tərəqqisinə, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyi bildirilib. 
Görüş çərçivəsində SOCAR-ın Türkiyədəki fəaliyyəti, Cənub Qaz Dəhlizi layihəsi, habelə qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb. 
Sonda SOCAR ilə TPAO arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.