Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Səudiyyə Ərəbistanının şirkətilə dəniz suyunun duzsuzlaşdırılması layihəsini müzakirə edib

Baxış: 288


“Acwa Power” şirkəti ilə əməkdaşlıq genişlənir

Azərbaycan Səudiyyə Ərəbistanının şirkətilə dəniz suyunun duzsuzlaşdırılması layihəsini müzakirə edib 


İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşüb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, İqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri ilə işgüzar münasibətlərin genişləndiyini vurğulayıb.
Bildirilib ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji sahəsinin inkişafı müasir çağırışlar fonunda ölkəmizin əsas prioritetlərindəndir. Bu istiqamətdə, 2022-ci ildə şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşasına başlanılması ilə enerji layihələrinin inkişafında yeni səhifə açılıb.
Görüşdə “yaşıl” enerji layihələrinə tətbiq olunan stimullar barədə məlumat verilib, “Acwa Power” şirkəti ilə dəniz suyunun duzsuzlaşdırılması layihəsi barədə müzakirə aparılıb.  
Qeyd edək ki, Səudiyyə Ərəbistanının enerji, xüsusilə bərpa olunan enerji ektorunda aparıcı şirkətlərindən olan “Acwa Power” şirkəti 2004-cü ildə yaradılıb. Şirkət dünyanın bir sıra ölkələrində bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, duzsuzlaşdırılmış su istehsalı üzrə layihələrdə developer, investor və operator kimi iştirak edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.