Milli Məclisdə Gənclər və idman komitəsinin təşkilatçılığı ilə 2 Fevral - Gənclər Gününə həsr olunan “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib.
“Sahibkartv.az” xəbər verir ki, dinləmədə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun nümayəndələri, Vətən müharibəsi qaziləri, gənclər sahəsində fəaliyyət göstərən QHT-lər və universitet tələbələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Gənclər və idman komitəsinin sədri Adil Əliyev çıxışında bildirib ki, bugünkü Azərbaycan gənclər siyasətinin banisi ümummilli liderdir, eləcədə ölkədə fevralın 2-nin Gənclər Günü elan edilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Onun sözlərinə görə, ümumilli liderin hakimiyyəti dövründə gənclər ölkənin hərəkətverici qüvvəsinə çevrildi, gənclərin təhsili ölkəmizdə prioritet sahə olaraq müəyyən edildi: “Müasir Azərbaycan gənclər siyasəti bu gün bütün sahələrdə Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncliyi istər qazandığı elm və idman olimpiadalarının nəticələrinə, nümayiş etdirdiyi yüksək innovativ bacarıqlarla bərabər, vətənpərvərdir, milli-mənəvi dəyərlərinə bağlıdır. Məhz ulu öndər Heydər Əliyevin gənclər siyasəti nəticəsində formalaşmış Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində Vətən müharibəsində bizə tarixi Qələbə bəxş etdi”.
“Ulu öndər Heydər Əliyev xalqın ağır günündə hakimiyyətə gəlməklə Azərbaycanı yalnız parçalanmaqdan xilas etmədi, dövlətimizin dağılması təhlükəsinin qarşısını aldı. Belə çətin bir dövrdə heç zaman gəncləri də yaddan çıxartmadı, hər zaman onlarla görüşdü, təhsili və qayğıları ilə maraqlandı. Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı bir çox tarixi qərarı var. Bu qərarlar Azərbaycanın dövlət gənclər siyasətinin bünövrəsində dayanan təməl daşlarıdır”, - komitə sədri əlavə edib.
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında gənclərin fəal iştirak etdiyinə toxunan A.Əliyev vurğulayıb ki, qəhrəman əsgərlərimizin döyüş meydanında əldə etdikləri qələbələri gənclərimiz hazırda digər mübarizə meydanlarında ləyaqətlə davam etdirirlər: “Ekoloji aksiyada gənclərimiz fəal və yorulmadan iştirak edir, ölkəmizin haqq səsinin dünyaya yüksək səviyyədə çatdırılması istiqamətində addımlar atırlar. Gənclərimizin aksiyada göstərdikləri əzm Azərbaycan cəmiyyətində müsbət qarşılanır. Həqiqətən orada gənclərimiz əsl vətənpərvərlik nümunəsi göstərir, dərsliklərə düşəcək bir fəaliyyətdə iştirak edirlər”.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bildirib ki, Azərbaycanda gənclər siyasətinin əsasları ulu öndərin hakimiyyətdə olduğu dövrlərdə qoyulub: “O, hakimiyyətə gəldikdən sonra ilk görüşlərindən biri məhz parlamentdə gənclərlə olmuşdu. Nazirliyin əsas hədəfi hər zaman ölkədə ölkəmizin milli adət-ənənəsinə, tarixinə, mədəniyyətinə, dövlətçiliyinə uyğunlaşan yeni nəslin formalaşmasına istiqamətlənib. Son illərdə gənclərimizin qazandıqları nailiyyət göz önündədir. Bu da Birinci vitse-prezident Mehriban Əliyevanın gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsidir”.
Tədbirin davamında gənclər təşkilatların rəhbərlərinin və gənclərin təklifləri, onları maraqlandıran məsələlər müzakirə edilib.
Yekunda tədbir iştirakçıları olan gənclər MM-in plenar iclasının zalı ilə tanış olub və xatirə şəkli çəkdiriblər.
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Yaponiyada Pilotsuz Kombaynlar Kənd Təsərrüfatında İnqilab Yaradır
17:39 / 21-02-2025
Argentinada Fındıq İstehsalı Üçün Yeni Genetik Növlər Sınaqdan Keçirilir
17:30 / 21-02-2025
Hindistanda Ekoloji Təmiz Süd Məhsullarına Maraq Artır
17:13 / 21-02-2025
Meksikada Kaktusdan Dəri Hazırlayan Startap Beynəlxalq Bazara Çıxır
16:44 / 21-02-2025
Rusiyada Aqrotexnologiya Sahəsində Yeni Sərmayələr Yatırılır
16:15 / 21-02-2025
Rubio: Tramp dövründə İran nüvə silahına malik olmayacaq
16:00 / 21-02-2025
Almaniya Bioloji Gübrələrə Keçid Edir
15:46 / 21-02-2025
Hava bu tarixdə düzələcək - RƏSMİ
15:30 / 21-02-2025
Cənubi Koreyada Gələcəyin Smart Fermer Təsərrüfatları Tikilir
15:00 / 21-02-2025
Putinin aqressiv davranışlarının səbəbkarı Tramp deyil - ŞƏRH
14:22 / 21-02-2025
Evdən çıxmasanız, yaxşıdır! - Hava daha da pisləşəcək
13:48 / 21-02-2025
Azərbaycanda yeni qurum yaradıldı
13:43 / 21-02-2025
Bu gün avtobuslar saat 21:30-dək işləyəcək
13:09 / 21-02-2025
Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlandı
12:48 / 21-02-2025
AYNA: Avtobusların hərəkətində gecikmələr var
12:33 / 21-02-2025
Pezeşkiandan Trampa Azərbaycanca mesaj: “Tülkü kölgəsində yatma...”
12:21 / 21-02-2025
Yol polisi hava şəraiti ilə bağlı piyadalara müraciət edib
12:04 / 21-02-2025
Azərbaycan Prezidenti Hulusi Akarı qəbul edib
11:59 / 21-02-2025
Hazırda respublikanın avtomobil yollarında vəziyyət necədir?
10:42 / 21-02-2025
MM-də “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisi” adlı ictimai dinləmə keçirilib

Bölməyə aid digər xəbərlər

Tarix: 2-02-2023, 10:30 Oxunub: 172
Bölməyə aid digər xəbərlər
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
27-09-2022, 12:22
İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər - YENİLƏNİB
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
24-07-2022, 19:01
Zakir Həsənov: “Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”
24-07-2022, 14:03
Zakir Həsənov: “Ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir”
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
7-05-2022, 15:30
“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb
25-04-2022, 18:39
“Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilib
18-01-2022, 13:58
İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO
9-09-2021, 22:07
Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib – FOTO
28-08-2021, 18:11
İsmayıllı rayonunda şəhidlərin anım tədbirləri keçirilib - FOTO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
2-02-2021, 11:20
2 fevral - Azərbaycan Gəncləri Günüdür
2-02-2021, 09:30
“İrəli” təşkilatı Gənclər günündə məşhurları bir yerə topladı - FOTO
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək