Bolqarıstan Azərbaycan təbii qazını Serbiyaya nəql edəcək boru kəmərinin tikintisini oktyabr ayında yekunlaşdıracaq.
“Sahibkartv.az”ın Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Bulqartransqaz” şirkətinin icraçı direktoru Vladimir Malinov bildirib.
Onun sözlərinə görə, tikintisinə dünən başlanılan boru kəməri bu ilin sonuna tam istifadəyə veriləcək: “Bolqarıstan öz ehtiyacları üçün Mərkəzi Avropadakı Baumqarten qovşağından axınları tərsinə çevirməklə (revers) əlavə təchizat əldə edə bilər".
Qeyd edək ki, Serbiya “Qazprom” yanacağından demək olar ki, tam asılılığını ən azı 40 % Azərbaycandan və digər mənbələrdən qazla əvəz etməyi hədəfləyir. Hazırda “Türk axını” qaz kəmərinin Balkan qolu vasitəsilə Rusiya qazını idxal edən milli qaz şirkəti “Serbiyaqaz” bir il əvvəl yeni xəttin öz hissəsinin tikintisinə başlayıb.
Xatırladaq ki, çərşənbə günü Serbiya və Bolqarıstan prezidentləri Aleksandr Vuçiç və Rumen Radev Sofiya yaxınlığında, borunun 62 kilometrlik hissəsinin ilin sonuna qədər Serbiya tərəfindəki 108 kilometrlik boruya birləşdiriləcəyi ərazidə tikintinin başlanması mərasimində iştirak ediblər. Ümumi dəyəri 170 milyon avro (185 milyon ABdolları) olan layihənin bir hissəsi kimi qismən Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.
İllik 1,8 milyard kubmetr qaz ötürücülük qabiliyyətinə malik kəmərin tikintisinin tamamlanması Yunanıstana qaz kəməri inşa etmiş Bolqarıstan və qonşu Şimali Makedoniyaya yeni marşrutlar açacaq. Gələcək variantlara Azərbaycan qazının Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri vasitəsilə idxalı daxildir.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.
Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyaya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql olunub. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaza olan tələbatının 14 %-dən çoxunu ödəyir.
TAP-ın səhmdarları rolunda BP (20 %), SOCAR (20 %), "Snam S.p.A." (20 %), "Fluxys" (19 %), "Enagas" (16 %) və "Axpo" (5 %) şirkətləri çıxış edir.
Fermerlər Üçün Elektron Ticarət Platformaları
19:11 / 22-02-2025
Fermerlər üçün Su Resurslarının Yeni İdarəetmə Sistemləri
18:52 / 22-02-2025
Kənd Təsərrüfatında Karbon Azaltma Texnologiyaları
18:23 / 22-02-2025
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Azərbaycan qazını Serbiyaya nəql edəcək boru kəmərinin tikintisi oktyabrda yekunlaşacaq

Bölməyə aid digər xəbərlər

Tarix: 2-02-2023, 09:49 Oxunub: 163
Bölməyə aid digər xəbərlər
12-01-2023, 13:16
Ekspert: “Transxəzər layihəsi kommersiyadan daha çox siyasi alver predmetinə çevrilib”
3-01-2023, 14:44
Azərbaycanın energetika sektoruna 2022-ci ilin verdiyi töhfə
17-11-2022, 15:49
Gənclər siyasəti sahəsində idarəetmə təkmilləşdirilir - FƏRMAN
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
13-10-2022, 18:00
TANAP faydalı yanacaq sahəsində Dünya Bankının 10 ən yaxşı layihəsinə başçılıq edir
1-10-2022, 17:10
İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
13-07-2022, 16:14
Serbiya gələn il üçün Azərbaycanla qaz alışı ilə bağlı danışıqlar aparır
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
22-02-2022, 23:37
İlham Əliyev və Vladimir Putinin birgə mətbuat konfransı TAM MƏTN - YENİLƏNİB + VİDEO
12-02-2022, 21:12
Avropa Rusiya qazına alternativ olaraq Cənub dəhlizinə üz tutur – TƏHLİL
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO