Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda yeni ətlik və südlük istiqamətli aqroparklar yaradılır

Baxış: 303
Azərbaycanda yeni ətlik və südlük istiqamətli aqroparkların yaradılması ilə bağlı tikinti işləri yekunlaşmaq üzrədir.
“Sahibkartv.az” xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zamir Dibirov qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
O, qeyd edib ki, ötən il fəaliyyətə başlamış aqroparklardan 10-u ətlik və südlük istiqamətli heyvandarlıq məhsulları istehsal edir: "Beləliklə, 2022-ci ildə aqroparklarda 36,9 min ton süd və 2,3 min ton ət istehsal olunub".
Z.Dibirov bildirib ki, eyni zamanda aqroparklara zəruri xarici infrastrukturun yaradılması, güzəştli kreditlərin və investisiya təşviqi sənədlərinin verilməsi ilə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir: "Belə ki, indiyədək 25 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 195 milyon manat güzəştli kredit verilib. Bununla yanaşı investisiya təşviqi sənədi verilmiş 27 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 44,7 milyon manat dəyərində güzəşt əldə edib".
Azərbaycanda yeni ətlik və südlük istiqamətli aqroparklar yaradılır
Azərbaycanda yeni ətlik və südlük istiqamətli aqroparkların yaradılması ilə bağlı tikinti işləri yekunlaşmaq üzrədir.
"Sahibkartv.az" xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zamir Dibirov qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
O, qeyd edib ki, ötən il fəaliyyətə başlamış aqroparklardan 10-u ətlik və südlük istiqamətli heyvandarlıq məhsulları istehsal edir: "Beləliklə, 2022-ci ildə aqroparklarda 36,9 min ton süd və 2,3 min ton ət istehsal olunub".
Z.Dibirov bildirib ki, eyni zamanda aqroparklara zəruri xarici infrastrukturun yaradılması, güzəştli kreditlərin və investisiya təşviqi sənədlərinin verilməsi ilə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir: "Belə ki, indiyədək 25 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 195 milyon manat güzəştli kredit verilib. Bununla yanaşı investisiya təşviqi sənədi verilmiş 27 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 44,7 milyon manat dəyərində güzəşt əldə edib".


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.