Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı təsdiqlənib

Baxış: 179
Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işlər planı təsdiqlənib.
“Sahibkartv.az”ın məlumatına görə, bu gün keçirilən plenar iclasda bildirilib ki, sessiya müddətində yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulub.
Bunlar “Heydər Əliyev – 100” yubiley medalının təsis edilməsi haqqında”, Rəqabət Məcəlləsinin layihəsi, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında”, “Ali təhsil haqqında”, “Qeyri-maddi mədəni irsin qorunması haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələridir.
Bundan başqa, işlər planına digər qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılması da daxil edilib.
Sessiya ərzində həmçinin Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin, seçki hüququ olan 40 min vatandaşın qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.