Azərbaycan Mərkəzi Bankını (AMB) yenilənmiş proqnozlarına görə, baza ssenari üzrə fərziyyələr sabit qalarsa 2023-cü ildə illik inflyasiyanın 8 % ətrafında olacağı gözlənilir.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilir ki, dünya enerji və ərzaq qiymətlərinin stabilləşməsi şəraitində 2022-ci ilin IV rübündən başlayaraq ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya tədricən azalmağa başlayıb:
“Əksər ölkələr tərəfindən pul siyasətinin sərtləşdirilməsi qlobal iqtisadi aktivliyin faktiki və gözlənilən dinamikasına da təsir göstərir. Beynəlxalq konyunkturun tədiyə balansı baxımından Azərbaycan üçün əlverişli olaraq qalması, habelə ölkənin strateji valyuta ehtiyatlarının artması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini gücləndirir. Son proqnozlar da 2023-cü ildə cari hesabın profisitli olacağını gözləməyə əsas verir. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməkdə davam etməsi inflyasiyanın xarici mənşəli xərc amillərini əhəmiyyətli neytrallaşdırır.
Bununla belə inflyasiya mühiti, o cümlədən tələb və təklif amillərinin gözlənilən dəyişimi ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır. Geosiyasi gərginliyin davam etməsi və bəzi aparıcı iqtisadiyyatlarda COVID-19-la bağlı vəziyyət inflyasiyanın xarici mühitini çox dəyişkən edir. Stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artmasının təsiri altında məcmu tələbin genişlənməsi şəraitində iqtisadi artım öz potensial səviyyəsini üstələyir".
Mərkəzi Bank qeyd edir ki, 2022-ci ildə əhalinin nominal gəlirlərinin 20 %-i üstələyən artımının ardınca cari ildə növbəti sosial islahat paketinin reallaşması və kredit aktivliyi məcmu tələbin əsas komponenti olan istehlakı əhəmiyyətli artıra bilər: "2022-ci ilin dekabrında illik inflyasiya 14,4 % olub ki, bu da 2022-ci ildə müşahidə edilən pik səviyyə (sentyabr ayında 15,6 %) ilə müqayisədə cəmi 1,2 faiz bəndi azdır. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq inflyasiyası 19 % olmaqla yüksək olaraq qalır.
İstehsalçı qiymətləri (dekabrda illik artım kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi üzrə 10,2 %, qeyri-neft sənaye qiymətləri indeksi üzrə 10,6 % olub) və idxal qiymətləri (noyabrda illik idxal qiymətlərinin artımı 23,4 % olub) indekslərinin artım templəri ikirəqəmli səviyyədədir. İnflyasiya gözləntilərinin həssaslığı da inflyasiya riskləri sırasındadır. 2022-ci ilin dekabrında keçirilən sorğuların nəticələrinə görə inflyasiya tempinin yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı 2 faiz bəndi artaraq 22%-ə yüksəlib. Ümumilikdə illik inflyasiya azalmaya meyil göstərsə də onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir”.
Fermerlər Üçün Elektron Ticarət Platformaları
19:11 / 22-02-2025
Fermerlər üçün Su Resurslarının Yeni İdarəetmə Sistemləri
18:52 / 22-02-2025
Kənd Təsərrüfatında Karbon Azaltma Texnologiyaları
18:23 / 22-02-2025
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
AMB: "Bu il illik inflyasiya 8 % ətrafında olacaq"
Bölməyə aid digər xəbərlər
Tarix: 1-02-2023, 09:55 Oxunub: 137
Bölməyə aid digər xəbərlər
29-12-2022, 13:48
Azərbaycan iqtisadiyyatı 2022-ci ildə: Hansı çağırış və nailiyyətlər oldu, gözləntilər nədir?
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
31-08-2022, 14:52
Azərbaycanda pul siyasəti dəyişir
17-06-2022, 17:15
Azərbaycanın strateji valyuta ehtiyatları 54 milyard dolları ötüb
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
26-05-2022, 09:54
Manat ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı möhkəmlənib
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
22-04-2022, 17:10
10 manatlıq yeniləndi - Üzərində Elman Rüstəmovun...
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
21-01-2022, 09:10
Sürətli bahalaşma Manatın devalvasiyası üçün təzyiqləri artırır
13-09-2021, 13:06
Manatın dəyəri niyə sabit saxlanılır?
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
28-04-2021, 12:38
Asiya İnkişaf Bankından Azərbaycan iqtisadiyyatı barədə yeni proqnoz
18-09-2020, 16:08
Mərkəzi Bank faiz qərarını açıqladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO