Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda pambıq üzrə məhsuldarlıq göstəricisi 2,42 sentner artıb

Baxış: 279


Azərbaycanda pambıq üzrə məhsuldarlıq göstəricisi 2,42 sentner artıb
2022-ci il pambıqçılıq mövsümündə sahələrdən 322,3 min ton kondisiya çəkidə məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Bu barədə "Sahibkartv.az"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Pambıq üzrə

Azərbaycanda pambıq üzrə məhsuldarlıq göstəricisi 2,42 sentner artıb

 məhsuldarlıq 30,92 sent/ha təşkil edib, məhsuldarlıq göstəricisi 2,42 sentner artıb.
Başa çatmış mövsümdə ölkədə 100 min hektardan artıq sahədə pambıq əkilib. 2021-ci il mövsümü ilə müqayisədə əkin sahələrinin həcmi dəyişməsə də tarlalardan 35 259ton daha çox məhsul yığılıb.
Ümumilikdə başa çatmış mövsümdə məhsul yığımı prosesinə ümumilikdə 447 kombayn və 3 085 traktor yedəyi cəlb olunub. Dövlət dəstəyinin genişləndirilıməsi fermerlərin pambıq əkininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ilin məhsulu üçün tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170manata qaldırılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.