Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın sənaye zonalarından 3 milyard manatlıq məhsul ixrac olunub

Baxış: 167


Azərbaycanın sənaye zonalarından 3 milyard manatlıq məhsul ixrac olunub
Azərbaycandakı sənaye zonalarında indiyə qədər dəyəri 8,8 milyard manatdan çox olan məhsul istehsal edilib, bunun 2,9 milyard manatlıq hissəsi ixrac olunub.
"Sahibkartv.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, ümumi istehsalın 2,9 milyard manatlıq, ümumi ixracın isə 1,1 milyard manatlıq hissəsi 2022-ci ilin payına düşüb. Bunlar isə 2021-ci illə müqayisədə müvafiq olaraq 22,7 % və 13 % çoxdur.
Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7 %, ixracında xüsusi çəkisi isə 29,5 % təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar 50-dən çox ölkəyə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. ölkələrə) ixrac olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.