Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Azərenerji”nin ixrac etdiyi elektrik enerjisi 75% bahalaşıb

Baxış: 213
2022-ci ildə "Azərenerji" ASC 1 711,4 milyon kVt/saat elektrik enerjisi ixrac edib.
“Sahibkartv.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə enerjinin dəyəri 121,6 milyon ABŞ dolları təşkil edib.
Bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 7,7 % və 75,4 % çoxdur.
Beləliklə, əgər 2021-ci ildə "Azərenerji" hər kVt/s elektrik enerjisini 0,04 ABŞ dollarına satırdısa, 2022-ci ildə bu rəqəm təxminən 75 % artaraq 0,07 ABŞ dollarına çatıb.
Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,3 %, qeyri-neft sektoru üzrə ixracında isə 4 % paya malik olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.