Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda logistika sahəsində olan problemlər açıqlanıb

Baxış: 197



Azərbaycanda logistika sahəsində ən böyük problem infrastruktur məsələləri ilə bağlıdır.
"Sahibkartv.az" xəbər verir ki, bunu Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda Almaniyanın "Hellman Wordwide Logistics" şirkətinin Azərbaycandakı törəməsinin icraçı direktoru Kamran Həbibov bildirib.
"İnfrastruktur problemləri deyəndə, vaqon və avtomobil parklarında olan çatışmazlıqlar, eləcə də parkların köhnəliyi nəzərdə tutulur. Avtomobil parklarının yaşı çox olduğu üçün Avropa standartlarına cavab vermir və buna görə də Avropa ölkələri ilə işləmək alınmır. Ümid edirik, bu məsələlər həllini tapacaq. Onlarla bağlı bir neçə dövlət qurumuna müraciət etmişik. Bununla yanaşı, anbar sistemləri də kifayət qədər qənaətbəxş deyil. Azərbaycanda hələ də nəqliyyat ekspeditorunun fəaliyyətinə dair qanunvericilik bazası mövcud deyil. Kadr problemi də var. Bir neçə universitetdə logistika ilə bağlı fakültələr açılıb. Güman edirəm ki, həmin universitetlərin məzunları yaxşı mütəxəssis kimi yetişəcək və kadr sahəsində boşluq aradan qaldırılacaq", - deyə o qeyd edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.