Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nicat Hacızadə: "Qeyri-neft ixracımızın strukturu nəzərə çarpacaq dərəcədə yaxşı deyil"

Baxış: 312


Nicat Hacızadə: Qeyri-neft ixracımızın strukturu nəzərə çarpacaq dərəcədə yaxşı deyilNicat Hacızadə 
Azərbaycanın qeyri-neft ixracının dəyərində artım olsa da, struktur baxımından məhsulların çeşidlənməsi nəzərə çarpacaq dərəcədə yaxşı deyil.
"Sahibkartv.az" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİKTM) "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə Bakıda keçirilən Milli İxracatçılar və İdxalçılar Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycanın qeyri-neft ixracının dəyəri 3 milyard ABŞ dollarını keçib.
O qeyd edib ki, Azərbaycanın ixrac payında meyvə və tərəvəz üstünlük təşkil edir: “Qeyri-neft İxrac dəyərinin tərkib hissəsi 600 milyon ABŞ dolları aqrar, 190 milyonABŞ dolları aqrar-sənaye məhsulları təşkil edir. İxrac olunan meyvə və tərəvəzin tərkib hissəsinə baxsaq, daha çox pomidor məhsulunun ixrac olunduğunu görərik".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.