Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"İntel"in xalis mənfəətinin kəskin azaldığının açıqlanması səhmlərinin 10% ucuzlaşmasına səbəb olub

Baxış: 248



"İntel"in xalis mənfəətinin kəskin azaldığının açıqlanması səhmlərinin 10% ucuzlaşmasına səbəb olub 


Dünyanın ən böyük kompüter komponentləri istehsalçılarından biri olan Amerikanın "İntel" şirkətinin xalis mənfəəti il ərzində 2,5 dəfə azalaraq 8,017 milyard dollara düşüb. 
sahibkartv.az xəbər verir ki, səhmbaşına mənfəət 2021-ci ildəki 4,86 dollardan 2022-ci ildə 1,94 dollara geriləyib.
Ötən ilin şirkətin gəlirləri 20% azalaraq 63,054 milyard dollar təşkil edib.
Keçən ilin dördüncü rübündə korporasiya 2021-ci ilin eyni dövründəki 4,6 milyard dollarlıq mənfəətdən sonra 661 milyon dollar xalis zərər qeyd edib. Hesabat dövründə "Intel"in gəliri illik ifadədə 31,6% azalaraq 14,042 milyard dollar təşkil edib.
Şirkət cari rüb üçün səhm üzrə zərərin təxminən 0,8 dollar və gəlirinin 10,5-11,5 milyard dollar olacağını proqnozlaşdırır.
Baş direktor Pat Gelsinger, gəlirlərin və mənfəətin "makro küləklər" və "görünməmiş dəyişkənlik" səbəbindən azaldığını bildirib.
İntel şirkətinin səhmləri hesabatının dərcindən sonra təxminən 10% ucuzlaşıb.
Amerika korporasiyası "Intel Corp." 1968-ci ildə təsis edilib. Mikroprosessorlar da daxil olmaqla geniş çeşiddə elektron cihazlar və kompüter komponentləri istehsal edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.