Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan və IFC maliyyə bazarının inkişafını müzakirə edib

Baxış: 260


Azərbaycan və IFC maliyyə bazarının inkişafını müzakirə edib
Maliyyə naziri Samir Şərifov Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Mərkəzi və Şərqi Avropa regionu üzrə yeni direktoru xanım Rana Karadşeh və onu müşayiət edən IFC-nin Cənubi Qafqaz regionu və Azərbaycan üzrə ofislərinin rəhbərləri ilə görüşüb.
"Sahibkartv.az nazirliyə istinadən xəbər verir ki, görüşdə Korporasiyanın ölkədə investisiya mühitinin təkmilləşdirilməsi, kənd təsərrüfatı rəqabətliliyi, maliyyə resurslarına çıxış, korporativ idarəetmə, kiçik və orta sahibkarlığın, maliyyə bazarının inkişafı, dövlət-özəl sektor tərəfdaşlığı, dənizdə külək enerjisi daxil olmaqla bərpa olunan enerji layihələri üzrə maliyyə-texniki dəstək layihələrinin əhəmiyyəti qeyd olunub.
R.Karadşeh ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək IFC-nin Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.