Bankların kredit portfeli 2021-ci illə müqayisədə 2022-ci ildə 17.6% və ya 2 milyard 935.2 milyon manat artaraq dekabr ayının sonunda 19 milyard 594.4 milyon manat təşkil edib.
Sahibkartv.az Mərkəzi Bankın yaydığı məlumatlara istinadən xəbər verir ki, ötən il biznes kreditləri portfeli 1 milyard 115 milyon manat artaraq 10 milyard 855 milyon manata, istehlak kreditləri portfeli 1 milyard 236 milyon manat artaraq 5 milyard 754 milyon manata, ipoteka kreditləri portfeli isə 585 milyon manat artaraq 2 milyard 985 milyon manata çatıb.
Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 55.4% təşkil edib.


































