Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfəyə yaxın artıb

Baxış: 288


Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2022-ci ili 25,7 milyon manat xalis mənfəətlə başa vurub.
"sahibkartv.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 2,55 dəfə çoxdur.
Ötən il BOKT-ların gəlirləri 119 milyon manat (əvvəlki illə müqayisədə 35,85 % çox), xərcləri 81,5 milyon manat (34,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 5,9 milyon manat (53,2 % az), mənfəət vergisi ödəmələri isə 1,9 milyon manat (47,5 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 515,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 32,7 % çoxdur. Bunun 400,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 36,9 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 36,3 % artaraq 305,7 milyon manata, balans kapitalı isə 27,8 % artaraq 210milyon manata çatıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.