Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Renaissance Capital”: “Azərbaycan neft-qaz sektorundakı artımdan faydalana bilər”

Baxış: 180


“Renaissance Capital”: “Azərbaycan neft-qaz sektorundakı artımdan faydalana bilər”
“Azərbaycan, Qazaxıstan və Rusiya ixracının 60-90%-ni, həmçinin ÜDM-nin 30-50%-ni təşkil edən neft-qaz sektorunda istənilən artımdan faydalana bilər”.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə "Renaissance Capital"in MDB+ İqtisadi Proqnozunda deyilir.
“Qeyd etmək lazımdır ki, bu ölkələr toplanmış ehtiyatlar sayəsində qlobal artımın zəifləməsi halında belə maliyyə və fiskal stressdən qaçmaq üçün yaxşı imkana malikdir”, - hesabatda deyilir.
Öz növbəsində, Azərbaycan, Qazaxıstan və Özbəkistanın suveren avrobondlar üzrə öhdəliklərinin yerinə yetirilməsi 2024-cü ilə planlaşdırılır.
"Biz Qazaxıstan, Azərbaycan, eləcə də 2023-cü ilə “Moody's” reytinqində yenilənmə ilə başlayan Özbəkistan üçün ortamüddətli artım potensialı görürük", - hesabatda bildirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.