Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İlham Əliyev: "Orta Dəhlizin karbohidrogen ehtiyatlarının daşınması baxımından da potensialı var"

Baxış: 237


İlham Əliyev: Orta Dəhlizin karbohidrogen ehtiyatlarının daşınması baxımından da potensialı varİlham Əliyev 
"Bu ildən etibarən biz Qazaxıstan neftinin tranzitinə başlamışıq. Türkmənistandan isə neft tranziti uzun illərdir həyata keçirilir. Bu dəhlizin karbohidrogen ehtiyatlarının daşınması baxımından da potensialı var".
"Sahibkartv.az" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.
“Hesab edirəm ki, hazırda iştirakçı dövlətlər arasında - Mərkəzi Asiyada, Qafqazda və Avropada sıx əməkdaşlıq olmalıdır. Gömrük nəzarəti üzərində fəal çalışmalıyıq ki, vahid pəncərə yanaşması müəyyən dərəcədə tətbiq edilsin. Tarif siyasəti isə bu marşrutun cəlbedici olmasını təmin etməlidir, ona görə yox ki, digər marşrutlar yoxdur, sadəcə, bu, kommersiya baxımından da belə olmalıdır”, - deyə dövlət başçısı vurğulayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.