Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan birbaşa xarici investisiyalar üçün cəlbedici ölkədir

Baxış: 205


Azərbaycan birbaşa xarici investisiyalar üçün cəlbedici ölkədir
Azərbaycan birbaşa xarici investisiyalar üçün cəlbedici ölkədir.
"Sahibkartv.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Davosda “Adani Group” şirkətinin təsisçisi və sədri Qautam Adani ilə görüşündə bildirilib.
Söhbət zamanı həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən Orta Dəhlizin xüsusi əhəmiyyəti qeyd edilib.
Eyni zamanda ölkəmizin iqtisadiyyatının inkişafı və bu xüsusda "Adani Group" ilə neft-kimya, dağ-mədən, metallurgiya sənayesi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.