Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda yeni kommersiya qurumlarının sayı 33 %-dən çox artıb

Baxış: 243


Azərbaycanda yeni kommersiya qurumlarının sayı 33 %-dən çox artıb
2022-ci ildə Azərbaycanda 15 795 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da əvvəlki illə müqayisədə 33,4 % çoxdur.
Bu barədə "Sahibkartv.az"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, kommersiya qurumlarının 72,8 %-i elektron qaydada, 27,2 %-i kağız daşıyıcılarda müraciətlər əsasında qeydə alınıb.
Bu il yanvarın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,8 %-i MMC, 1,4 %-i səhmdar cəmiyyət, 1,2 %-i kooperativ və s. formalarda yaradılıb.
Qeydiyyatda olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 30 620 olub ki, bu da 2021-ci ilə nisbətən 14,4 % çoxdur. Kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,4 % artaraq 46 701vahid təşkil edib.
2022-ci ildə qeydiyyatdan keçmiş kommersiya qurumlarından 77,6 %-i yerli, 22,4 %-i xarici investisiyalı qurumlardır. Əvvəlki illə müqayisədə yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının sayı 14,2% artıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.