Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İqtisadiyyat Nazirliyi dekabrda Çağrı Mərkəzindən 45 min müraciət qəbul edib

Baxış: 198


İqtisadiyyat Nazirliyi dekabrda Çağrı Mərkəzindən 45 min müraciət qəbul edib
Ötən ilin dekabr ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 45 178 müraciət daxil olub.
Bu barədə "Sahibkartv.az"a Nazirlikdən bildirilib.
Müraciətlərin 40 140-ı canlı rejimdə birbaşa, 5 038-i isə səsli menyu vasitəsilə cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı müraciət vərəqələri tərtib olunaraq cavablandırılmaq üçün Nazirliyin aidiyyəti qurumlarına göndərilib.
Daxil olan müraciətlər əsasən, istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.