Azərbaycanda lombard fəaliyyətini tənzimləyəcək yeni qanun qəbul edilməsi, bu sahənin lisenziyalaşdırılması, Azərbaycan Mərkəzi Bankına (AMB) lombardlara nəzarət etməklə bağlı səlahiyyət verilməsi gözlənilir.
Bəs lombardların nəzarətə götürülməsi bazara nə verəcək? "Sahibkartv.az" bu məsələ ilə bağlı iqtisadçı-ekspertlərin fikirlərini öyrənib.
"Problemlərin kökündə tənzimləyici qurumun olmaması dayanır"
Onlardan biri Rəşad Həsənov deyir ki, Azərbaycanda lombardlarla bağlı problemlərin kökündə bu sahə üçün tənzimləyici qurumun olmaması dayanır: "Lombard xidməti göstərmək istəyən şəxslər hamı kimi VÖEN alıb fəaliyyətə başlaya bilir. Onların öhdəliklərini yerinə yetirməsinə nəzarət edən, bu sahədə mümkün riskləri məhdudlaşdıran konkret qurum, konkret mexanizm yoxdur. “Lombardlar haqqında” yeni qanun qəbul edilərsə, bu istiqamətdə bir sıra boşluqlar aradan qalxacaq. İlk növbədə lombardlar qəbul etdikləri girovları müəyyən edilmiş tələblərə uyğun olaraq banklarda saxlamalı, öhdəliklərinə uyğun ehtiyatlar yaratmalı olacaqlar. Onların AMB-də hesabları olacaq, tənzimləyici quruma rüblük, yarım illik, illik hesabatlar verəcəklər. Nəticədə lombard müştərilərinin hüquqlarının qorunmasına təminat verən bir model, hüquqi çərçivə formalaşacaq".
Onun sözlərinə görə, hazırda lombardlar nəzarət mexanizmlərinin olmamasından istifadə edərək müxtəlif qanun pozuntularına yol verir, xaotik vəziyyət yaradır: "Onlar vətəndaşların aktivlərini, yəni, qızıl-zinyət əşyalarını girov götürəndə çox aşağı qiymətləndirir, bəzən müştərilərin xəbəri olmadan onları pula çevirir, ölkəni tərk edir və izlərini itirirlər. Bir sözlə, lombard sahibləri heç də həmişə vətəndaşlar qarşısında öhdəliklərini yerinə yetirmirlər. Bu baxımdan yeni tənzimlənmədə kənar qiymətləndiricinin prosesə daxil edilməsi nəzərdə tutulur. Aktivlərin dəyərinə nisbətən minimum borcun müəyyən edilməsi planlaşdırılır. Bu da vətəndaşların aktivlərinin dəyərsizləşdirilməsinin, dövriyyədən kənarda saxlanılmasının qarşısını ala bilər”.
"Lombardlar banklar və BOKT-lar kimi lisenziya almalı olacaq"
Digər iqtisadçı-ekspert Əkrəm Həsənli isə deyir ki, “Lombardlar haqqında” yeni qanuna əsasən, bu sahədə fəaliyyət göstərmək istəyən şəxslər banklar və bank olmayan kredit təşkilatları (BOKT) kimi AMB-dən lisenziya almalı olacaqlar. Onun sözlərinə görə, hazırda Azərbaycandakı lombardlar klassik modelə uyğun deyil, faktiki kredit təşkilatı kimi fəaliyyət göstərirlər: "Klassik lombard vətəndaşa öz pulunu kredit kimi verən, bunun müqabilində qızıl-zinyət əşyalarını girov götürən qurumdur. Bizim lombardlar isə banklardan və yaxud digər vətəndaşlardan götürdükləri borcu kredit kimi verirlər. Bu cür fəaliyyət isə qanunsuzdur, faktiki olaraq bank fəaliyyətidir. Dövlət buna nəzarət etməlidir. Buna görə də yeni qanunda AMB nəzarət orqanı kimi göstərilib".
"Qanunla bağlı işçi qrupu yaradılıb"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Lombardlar haqqında" yeni qanunun nə vaxt qəbul ediləcəyini bilməsə də, deyir ki, onunla bağlı işçi qrupu yaradılıb: "Hazırda sənəd üzərində iş gedir. Lombardlarla bağlı problemlər var və onların aradan qaldırılmasına imkan verəcək bir qanunun qəbulu gündəmdədir".
DİN-dən İmişlidəki hadisə ilə bağlı daha bir AÇIQLAMA
22:14 / 18-01-2025
Yanvarın 20-si hava necə olacaq?
18:11 / 18-01-2025
Bu BÜRCLƏR tezliklə əsl xoşbəxtliyi tapacaq
17:39 / 18-01-2025
Tanınmış blogerin əmlakına həbs qoyuldu
17:15 / 18-01-2025
Avtomobil məktəbliləri vurub, iki şagird ölüb - YENİLƏNİB
16:51 / 18-01-2025
Professordan meymunçiçəyi ilə xəbərdarlıq: "45 yaşdan aşağı şəxslər..."
16:45 / 18-01-2025
Rusiya üçün keçən fəlakətli gecə
16:30 / 18-01-2025
Tehranda terror: İki tanınmış hakim öldürülüb
16:14 / 18-01-2025
Suriyada ən qısa zamanda Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunacaq
16:00 / 18-01-2025
Paşinyan qorxu içindədir: zəhərləndiriləcəyi gündəmdədir - DETALLAR
15:29 / 18-01-2025
Hökümənin ailəsindən oğurlanan pullar qaytarıldı - Onlar tapıldı
15:27 / 18-01-2025
Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub
13:35 / 18-01-2025
Hökumənin atasına dələduzluq: "Kapital Bank"dan açıqlama
12:30 / 18-01-2025
H.Əliyevanın ailəsinə qarşı edilən dələduzluqla bağlı cinayət işi başlanılıb
12:21 / 18-01-2025
Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib
12:17 / 18-01-2025
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlanıb - RƏSMİ
11:26 / 18-01-2025
Qəzzada atəşkəsə 5 ölkə nəzarət edəcək
11:14 / 18-01-2025
Hakan Fidan Bakıya gəlib
11:10 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Toyuq əti ilə bağlı narazılıq: "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur"
10:18 / 18-01-2025
Kremldə namaz qıldı - FOTO
10:13 / 18-01-2025
Növbəti köç karvanı Cəbrayıla yola düşüb
10:07 / 18-01-2025
Yaşıl Enerji Sahəsində Mikrosahibkarlıq İnqilabı
22:14 / 17-01-2025
Süni İntellekt Sahibkarlıqda Yeni Perspektivlər Yaratmağa Davam Edir
21:46 / 17-01-2025
Əşyaların İnterneti (IoT) Sahibkarlıqda Yeni Səhifə Açır
21:17 / 17-01-2025
Mərakeşdə 2000 İl Yaşayan Zeytun Ağacı Hələ də Meyvə Verir
21:00 / 17-01-2025
Aqrar Texnologiyalar Kənd Təsərrüfatını Yenidən Şəkilləndirir
20:45 / 17-01-2025
Arayik Azərbaycan xalqından üzr istədi
20:43 / 17-01-2025
Dron Texnologiyası ilə Yeni Sahibkarlıq Sahələri Açılır
20:24 / 17-01-2025
Lombardların nəzarətə götürülməsi bazara nə verəcək?
Bölməyə aid digər xəbərlər
Tarix: 17-01-2023, 16:11 Oxunub: 102
Bölməyə aid digər xəbərlər
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
25-05-2022, 20:38
Əhali aldığı mənzilə görə ödədiyi ƏDV-nin 30%-ni geri ala biləcək
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
27-02-2022, 21:19
Əlavə gəlirləri necə xərcləyək? - ARAŞDIRMA
6-02-2022, 14:27
Heyrətamiz “tender oyunu” – ARAŞDIRMA
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
4-02-2022, 21:24
Azərbaycanda lombardların 90%-i bağlana bilər
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
31-12-2020, 23:10
İlham Əliyev Azərbaycan xalqına müraciət etdi
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
1-12-2020, 12:30
Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi