Birjanın yaydığı məlumata görə, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 89.6127 (11.9950%) manat və 96.3702 (7.9999%) manat olan 26 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.1528 (9.27%) manat, orta ölçülmüş qiyməti isə 94.3533(9.1536%) manat müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 136 milyon 285 min 200 manat, yerləşdirilmiş həcmi isə 50 milyon manat təşkil edib.
Hərrac iştirakçıları 18 yanvar 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 14 yanvar 2025-ci ildir.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.





































