Azərbaycan üzərindən neft və neft məhsullarının daşınması bu il artırılacaq.
Bunu “Sahibkartv.az”a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.
O qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2022-ci ildə 18,7 milyon ton yük daşıyıb: “Bunun əsas hissəsini də neft və neft məhsulları təşkil edir”.
Ekspert ADY-dən aldığı məlumata istinadən bildirir ki, 2021-ci ildə Azərbaycan dəmir yolları ilə ən çox daşınan yüklər siyahısında ilk yeri xam neft və neft məhsulları (5,2 milyon ton) tutub: “2022-ci il ərzində isə Azərbaycan dəmir yolları ilə 6,4 milyon ton xam neft və neft məhsulları daşınıb. Bu, 2021-ci illə müqayisədə 23 % artım deməkdir. Daşınmış neft məhsullarının 2,9 milyon tonu tranzit neft daşımalarının payına düşür. Azərbaycan dəmir yolu ilə həm ölkənin xam neft və neft məhsulları ixrac olunur, həm də tranzit neft daşımaları həyata keçirilir. 2022-ci ilin tranzit və ümumi neft daşımalarının 2021-ci ildən 2,6 milyon ton çox olduğunu nəzərə alsaq, dəmir yollarının neft və neft məhsullarını nəql etmə potensialı hazırkı neft daşımalarından daha çox olduğunu demək olar”.
R. Ağamirzəyev hesab edir ki, Azərbaycan üzərindən daşınan neft məhsullarının artmasının əsas səbəbi Orta Dəhlizdə (Trans-Xəzər Nəqliyyat Dəhlizi) aktivliyin artması ilə bağlıdır: “Rusiya-Ukrayna müharibəsindən öncə, Qazaxıstan neftinin 80-90 %-i Rusiya üzərindən göndərilib. Həmin yüklər Xəzərin şimalı ilə keçirdi, Novorossiysk limanına gəlirdi. Ukrayna müharibəsi başlayandan bəri liman 3-4 dəfə bağlanıb.
Limanın bağlanması Qara dəniz sahilində İkinci Dünya müharibəsinə aid minaların aşkarlanması və ya boru kəmərində təmir işləri ilə əsaslandırılırdı. Nəzərə alsaq ki, Qazaxıstan iqtisadiyyatında neft daşınmaları önəmli paya malikdir, bu məsələ Qazaxıstanı ciddi narahat edir. Bu səbəbdən Qazaxıstan yüklərin daşınmasında marşrutların şaxələndirilməsinə qərar verdi və hazırda həm Qərb, həm də Şərq istiqamətdə işlər görülür. Qərb istiqamətində Azərbaycan üzərindən daşımalar aparılır. Şərqə isə Çin üzərindən yüklərini göndərir. Azərbaycan üzərindən daşınan neft və neft məhsulları da əsasən Qazaxıstana aiddir”.
R. Ağamirzəyev deyib ki, Azərbaycanın neft və neft məhsullarının daşınması potensialı daha böyükdür, təqribən 14-20 milyon ton təşkil edir: “Bizim daşımaların bütün növlərini həyata keçirmək üçün infrastrukturumuz mövcuddur. Tanker istehsal edən gəmiqayırma zavodumuz da var. Bakı Limanının infrastrukturu artan yük həcmlərini qəbul etməyə tam hazırdır. Terminalların genişləndirilməsi yönündə həm Qazaxıstan sahillərində, həm Azərbaycan sahillərində əlavə investisiyalar lazım olacaq. Bu da yenə də Qazaxıstan tərəfinin göndərəcəyi yüklərin həcmindən aslıdır. Buna əsasən Azərbaycan və Qazaxıstan genişləndirmə işləri apara bilər, Azərbaycanın buna marağı var”.
O deyib ki, bu il Qazaxıstan Azərbaycan üzərindən daşıdığı yüklərin həcmini artıracaq: “Amma neft məhsullarından başqa, kömür, gübrə məhsulları da önəmlidir. Qazaxıstan uranın da artıq Azərbaycan üzərindən daşınması təşkil olunub. Bu onu göstərir ki, Orta Dəhlizin önəmi daha da artır. Nəzərə alsaq ki, şimal və cənub qonşularımız sanksiya altında olduğundan Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Balkanlar zolağı ciddi bir marağa səbəb olacaq və yükdaşımaları özünə tərəf çəkə biləcək. Amma bunun üzərində də iş görməliyik. Tək Azərbaycanın yox, bütün dəhliz ölkələrinin infrastrukturuna investisiya yatırılmalıdır, birgə iş görülməlidir ki, yük axınına uyğun dayanmadan hərəkət təmin edilsin".
Fermerlər Üçün Elektron Ticarət Platformaları
19:11 / 22-02-2025
Fermerlər üçün Su Resurslarının Yeni İdarəetmə Sistemləri
18:52 / 22-02-2025
Kənd Təsərrüfatında Karbon Azaltma Texnologiyaları
18:23 / 22-02-2025
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
ABŞ-da Rəqəmsal Əmlak Sənədləri Blockchain Üzərindən Qeydiyyata Alınacaq
21:42 / 21-02-2025
BƏƏ-də Dikey Fermerlik Genişlənir
21:33 / 21-02-2025
İtaliyada Zeytun Yağı İstehsalında Yeni Fermentasiya Metodu Tətbiq Edilir
21:23 / 21-02-2025
Norveçdə Balıqçılıq Sənayesi Süni Zəka ilə Təkmilləşdirilir
20:32 / 21-02-2025
Fransa Daşınmaz Əmlak Sektorunda Yaşıl Binalara Daha Çox İnvestisiya Yatırır
20:18 / 21-02-2025
Avstraliyada Fermerlər Dronlarla Məhsul Mühafizəsini Təkmilləşdirir
19:49 / 21-02-2025
Hollandiya Dünyanın İlk Tam Avtomatlaşdırılmış Süd Fermasını Açıb
19:31 / 21-02-2025
Kanadada Süni Ət İstehsalı Üçün Yeni Biotexnologiya Fabriki Açılır
19:19 / 21-02-2025
Çində Yeni Tipli Ekoloji Marketlər Açılmağa Başlayır
18:51 / 21-02-2025
İspaniyada Dəniz Suyu ilə Suvarma Texnologiyası İstifadəyə Verilib
18:30 / 21-02-2025
İsveçdə Təsərrüfat Sahələri Üçün Smart İqlim İdarəetmə Sistemləri Yaradılır
18:21 / 21-02-2025
Azərbaycan üzərindən daşınan neft və neft məhsullarının həcmi artacaq

Bölməyə aid digər xəbərlər

Tarix: 17-01-2023, 13:48 Oxunub: 146
Bölməyə aid digər xəbərlər
3-01-2023, 14:44
Azərbaycanın energetika sektoruna 2022-ci ilin verdiyi töhfə
29-12-2022, 13:48
Azərbaycan iqtisadiyyatı 2022-ci ildə: Hansı çağırış və nailiyyətlər oldu, gözləntilər nədir?
12-12-2022, 14:30
Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının iclasında iştirak edib - YENİLƏNİB-3
18-10-2022, 17:23
Milli Məclisin növbəti plenar iclasının gündəliyinə 50 məsələ daxil edilib - SİYAHI
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
13-07-2022, 12:39
Orta Dəhlizin aktivliyini artırmaq üçün bir sıra həllər təklif edilir
22-06-2022, 10:12
İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılışını ediblər
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
16-05-2022, 12:22
Bakı Limanı: “Şimal dəhlizindən keçən yükün böyük bir həcmi mütəmadi olaraq Orta Dəhlizə yönələcək”
7-05-2022, 15:30
“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
10-10-2021, 13:01
İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub - FOTO
8-10-2021, 18:29
“Hərə bir qəhrəman oldu” layihəsinin təqdimatı keçirildi – FOTO
22-09-2021, 16:01
“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi Şuşada - FOTO/VİDEO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
24-06-2021, 15:55
Karbohidrogen ehtiyatları nə vaxt tükənəcək? - ARAŞDIRMA
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO