Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın zeytun yağları istehsalçısı ilk mağazasını açdı

Baxış: 272



Azərbaycanın zeytun yağları istehsalçısı ilk mağazasını açdı 


"Zira Olives" zeytun yağlarının istehsalçısı "Zirə Aqropark" MMC ilk mağazasını istifadəyə verib.
Sahibkartv.az xəbər verir ki, şirkətin ilk mağazası Yasamal rayonu, Nazim Hikmət küçəsi 27 (Musabəyov parkından 3 saylı Asan xidmətə gedən yolun üstü) ünvanında yerləşir.

Mağzanın aşılışı tədbirində şirkətin rəhbərliyi bildirib ki, tezliklə Bakıda və digər bölgələrdə yeni mağazaların açılması planlaşdırılır: 
"Zavodumuz şəhərin mərkəzindən uzaqda yerləşdiyi üçün alıcılar çox vaxt gəlib məhsulları ala bilmədiklərindən gileylənirdilər. Biz də belə qərar gəldik ki, ilk mağazamızı Yasamalda açaq. Daha sonra digər bölgələrdə də mağazalarımız açılacaqdır. Bütün məhsulları zavod qiymətinə mağazamızdan əldə edə bilərsiniz".
Açılışa özəl olaraq 15-16-17 yanvar tarixlərində bütün məhsullarıa 10% endirim olunacaqdır.
Qeyd edək ki, Azərbaycanda 2016-cı ilin mart ayından “Zirə Aqropark” Məhdud Məsuliyyətli Cəmiyyəti, elə həmin tarixdə də onun bazası əsasında fəaliyyətə başlayan "Zira Olives"- Abşeronun zeytun meyvəsini, onun yağını, ümumiyyətlə, bu nemətin faydasını insanlara yenidən tanıtmağı qarşısına məqsəd qoyub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.