Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mikayıl Cabbarov: "Ötən il dövlət büdcəsinə vergi daxilolmaları 82,2 % artıb"

Baxış: 277


Mikayıl Cabbarov: Ötən il dövlət büdcəsinə vergi daxilolmaları 82,2 % artıbMikayıl Cabbarov 
2022-ci ildə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 % artıb.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
“Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfə verir.
2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 2021-ci illə müqayisədə 82,2 % artaraq 15 milyard 541,5 milyonmanat təşkil edib. Bu dövr ərzində qeyri-neft-qaz sektoru üzrə daxilolmalar isə 27,9 % artaraq 8 milyard 134,9 milyon manat olub", - M.Cabbarov bildirir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.