Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

TDT Qarabağda təbii sərvətlərin qanunsuz istismarını pisləyib

Baxış: 204


Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı bəyanat yayıb.
“Sahibkartv.az”ın Ankara Bürosuna TDT-nin mətbuat xidmətindən bu barədə bildirilib.
“Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, Ermənistana qaçaqmalçılıq yolu ilə aparılması, Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqlarının qanunsuz mövcudluğu və minalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin qarşılıqlı hörmət səviyyəsində qalmasını, suverenliyi, ərazi bütövlüyünü  və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozur. Bu qanunsuz hərəkətlər, regionda sülhün və sabitliyin təmin edilməsinə xidmət etmir”, - bəyanatda qeyd edilib. 
Bəyanatda Ermənistanın bu qanunsuz əməllərinə dərhal son qoyulmasına çağırış edilib və bununla bağlı Azərbaycanın bütün cəhdlərini dəstəklənib.
Daha sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün Qarabağda Laçın-Xankəndi yolundakı dinc etirazların dəstəkləndiyi bildirilib, Azərbaycan tərəfindən irəli sürülən sülh təşəbbüsü təqdir olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.