Ötən il Azərbaycanın xarici ölkələrlə ticarətdə böyük profisitə çıxması qlobal çağırışlar qarşısında milli iqtisadiyyat üçün əlavə təhlükəsizlik yastığı yaradır.
Bunu “Sahibkartv.az”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.
Onun sözlərinə görə, ötənilki iqtisadi nailiyyətlərin qlobal iqtisadiyyatdakı çalxalanmalar fonunda əldə olunması Azərbaycanın iqtisadi inkişaf modelinin dayanıqlığının bariz sübutudur: “Ötən ilin əsas makroiqtisadi nəticələri milli iqtisadiyyatın inkişaf perspektivlərinə dair kifayət qədər ürəkaçan mənzərə formalaşdırır.
Bildiyimiz kimi 2022-ci ildə Azərbaycanın ümumi daxili məhsulu rekord həddə - 134 milyard manata və ya 80 milyard ABŞ dollarına çatıb. Hesabat dövründə xarici ticarət dövriyyəmiz 50 milyard ABŞ dollarını ötüb. Eyni zamanda xarici ticarət dövriyyəsinin müsbət saldosu 25 milyard ABŞ dollara çatıb".
A. Həsənli hesab edir ki, xarici borcun ÜDM-dəki payının azaldılması tendensiyası 2022-ci ildə də davam etdirilib: "Nəticədə bu göstərici 2021-ci ildəki 17 %-dən 2022-ci ildə 9,5 %-ə kimi enib. Hazırda ölkənin xarici borcu 7 milyardABŞ dollarının altındadır. Vəziyyətin unikallığı ondan ibarətdir ki, Azərbaycan bütün bu uğurları qlobal iqtisadiyyatı xeyli zamandı caynağına alan böhran fonunda reallaşdırmağı bacarıb. Bu, ilk növbədə Azərbaycanın iqtisadi inkişaf mödelinin dayanıqlığını göstərir. Eyni zamada milli iqtisadiyyatın xarici şoklara orepativ və adekvat reaksiyasının bariz nümunəsidir".
Ekspert diqqətə çatdırıb ki, qlobal iqtisadiyyata sıx inteqrasiya olunan Azərbaycanın dünya miqyasında cərəyan edən mənfi tendensiyalardan kənarda qalması mümkün olmasa da, həmin təsirlərin effektinin minimuma endirilməsi əsas prioritet olub: “Postpandemiya dövründə dünyanın aparıcı iqtisadiyyatlarının karantin rejimini ləğv etməsi və sərhədləri açması qlobal tələbin kəskin artmasına səbəb oldu. Lakin qapanmadan dolayı qısa zamanda qlobal təklifi bərpa etmək mümkün olmadığından təkliflə tələb arasında kəskin disbalans yarandı. Defisit isə qlobal inflyasiyanı tətiklədi".
A. Həsənli vurğulayıb ki, enerji daşıyıcılarının kəskin bahalaşması digər məhsulların da proporsional şəkildə qiymətinin artmasını stimullaşdırdı: "Məlumdur ki, heç bir ölkə yüz faiz özünü təmin edə bilməz. Hər bir ölkə bu və ya digər formada idxaldan aslıdır. Azərbaycan da bu mənada istisna deyil. Ötən il ölkəmizdə inflyasiyanın ikirəqəmli olması ərzağın 60 % bahalaşması ilə bağlı oldu. Lakin nəzərə almaq lazımdır ki, inflyasiyanın böyük hissəsi idxal olunan idi.
Hökümətin qlobal proseslərə çevik və təxirəsalınmaz reaksiyası qiymət artımının təsirlərinin minimuma endirilməsində həlledici rol oynadı. Həmin siyasətin davamını biz bu ilin ilk günlərində gördük. Belə ki, minimum əməkhaqqının 15 %, minimum pensiyanın isə 16,7 % artırılması məhz inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb. Paralel olaraq Azərbaycanda idxaldan asıllılığın azaldılması və ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində sistematik iş aparılır. Bütün bunlar nəticə etibarı ilə xarici iqtisadi şokların milli iqtisadiyyata təsirini azaldacaq və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə əlavə töhfə verəcək”.
Arayik Arutyunyan və digərlərinin məhkəməsi təxirə düşüb
12:05 / 24-02-2025
Lavrovun Ankaraya təxirəsalınmaz səfəri: Bu məsələlər müzakirə olunacaq
10:45 / 24-02-2025
Bu yollarda sürət həddi bərpa edildi
10:40 / 24-02-2025
İlham Əliyevin Şahbaz Şəriflə görüşü başladı
10:35 / 24-02-2025
HAMAS məhbusların azad edilməsini tələb edir
09:28 / 24-02-2025
Yeni “iPhone”ların qiyməti artacaq: Trampın ayağı ağır oldu
09:22 / 24-02-2025
Güclü qar ciddi problemlər yaradıb
09:16 / 24-02-2025
Şolts məğlubiyyətini etiraf etdi
09:11 / 24-02-2025
İmamoğlu diplomunu paylaşdı, özünü işə saldı
09:10 / 24-02-2025
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
09:00 / 24-02-2025
Fermerlər Üçün Elektron Ticarət Platformaları
19:11 / 22-02-2025
Fermerlər üçün Su Resurslarının Yeni İdarəetmə Sistemləri
18:52 / 22-02-2025
Kənd Təsərrüfatında Karbon Azaltma Texnologiyaları
18:23 / 22-02-2025
Sahibkarlar üçün Alternativ İnvestisiya Platformaları
18:00 / 22-02-2025
Süni İntellekt və Robotika Kənd Təsərrüfatında
17:44 / 22-02-2025
Rəqəmsal Marketinq və Sahibkarlar Üçün Yeni Perspektivlər
17:22 / 22-02-2025
Qida Təhlükəsizliyində Biotexnologiyanın Yeni Dövrü
16:39 / 22-02-2025
Beynəlxalq Sahibkarlar Üçün 2025-ci İldə Qlobal İmkanlar
16:16 / 22-02-2025
Heyvandarlıqda Alternativ Protein Mənbələri
15:41 / 22-02-2025
Fermerlər üçün Rəqəmsal Kooperativlər
15:18 / 22-02-2025
Narçılıqda Avtomatlaşdırılmış Məhsul Yığımı
14:46 / 22-02-2025
Toxumçuluqda Nano-Texnologiyaların İnqilabı
14:21 / 22-02-2025
Sabah da qar yağacaq
13:50 / 22-02-2025
Üzümçülükdə Genetik Modifikasiya və Dayanıqlı Fermerlik
13:44 / 22-02-2025
DYP qara görə sürücülərə müraciət etdi
13:18 / 22-02-2025
Süni İntellekt Sahibkarlığın Yeni Lokomotivi Olacaq
13:00 / 22-02-2025
Ağ Evdəki Oval Ofisin tarixi masası dəyişdirildi
09:13 / 22-02-2025
Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
09:00 / 22-02-2025
Almaniyada Fərdi Sahibkarlar Üçün Vergi Yüngülləşdirmələri Tətbiq Ediləcək
22:11 / 21-02-2025
Ekspert: “2022-ci il iqtisadi inkişafın Azərbaycan modelinin dayanıqlılığını bir daha təsdiq etdi”

Bölməyə aid digər xəbərlər

Tarix: 11-01-2023, 19:27 Oxunub: 108
Bölməyə aid digər xəbərlər
29-12-2022, 13:48
Azərbaycan iqtisadiyyatı 2022-ci ildə: Hansı çağırış və nailiyyətlər oldu, gözləntilər nədir?
25-09-2022, 14:13
Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib
22-07-2022, 15:11
GORANBOYDA MİLLİ MƏTBUAT GÜNÜ QEYD OLUNDU - FOTOLAR
18-07-2022, 09:46
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 4 dəfə artıb
21-05-2022, 15:36
Ötən il Azərbaycanın xarici dövlət borcu ÜDM-nin 14,9 %-ni təşkil edib
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
7-05-2022, 15:30
“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildliyi işıq üzü görüb
18-04-2022, 18:27
Azərbaycan iqtisadiyyatı 2022-ci ildə: Önləyici kurs
13-04-2022, 08:59
“Top bizim tərəfdədir”
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
9-09-2021, 18:13
2022-ci ilin dövlət büdcəsi açıqlandı - İLKİN GÖSTƏRİCİLƏR
28-04-2021, 12:38
Asiya İnkişaf Bankından Azərbaycan iqtisadiyyatı barədə yeni proqnoz
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO