Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda maliyyə axını 10 % artıb

Baxış: 148



2022-ci ildə Azərbaycanda maliyyə axını 26,4 milyardmanat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 9,5 % çoxdur.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, 2021-ci ilin IV rübündə olduğu kimi 2022-ci ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə, sosial təminat (21,3 %), tikinti (19,8 %) və ticarət, nəqliyyat vasitələrinin təmiri (15,8 %) olub. Daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə tikinti (1 milyard 979 milyon manat artım) və ticarət, nəqliyyat vasitələrinin təmiri (1 milyard 418 milyonmanat artım) sahələri olub.
Ötən rüb ərzində ən çox artım daşınmaz əmlak (2,1 dəfə), tikinti (61%) və ticarət, nəqliyyat vasitələrinin təmiri (52%), ən çox azalma isə elektrik enerjisi, qaz, buxar təchizatı (-34%), maliyyə və sığorta fəaliyyəti (-28%) və digər sahələrdə xidmətlər (-26%) sektorlarında baş verib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.