Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

2022-ci ildə dünyada ərzaq qiymətləri 1 faiz düşüb

Baxış: 158


Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qlobal ərzaq qiymətləri göstəricisi 2022-ci ildə 1 faiz azalıb.

2022-ci ildə dünyada ərzaq qiymətləri 1 faiz düşüb 


Qlobal ərzaq qiymətləri 2022-ci ili 1% geriləmə ilə başa vurub.
Sahibkartv.az xəbər verir ki. dünya ərzaq qiymətləri dekabrda 2021-ci ilin eyni dövrünə nisbətən 1 faiz düşüb. Qiymətlər noyabr ayı ilə müqayisədə isə 1,9 faiz azalıb. Qiymətlərdə ardıcıl doqquzuncu ayda da azalma baş verib.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən dünya ərzaq qiymətləri indeksi dekabrda 135 səviyyəsindən 132,4-ə düşüb. 
Noyabr ayı üçün ərzaq qiymətləri indeksi daha əvvəl 135,7 olaraq açıqlanmışdı. İndeks 135 olaraq yenilənib.
Ötən ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra dünya bazarında ərzaq qiymətləri Qara dənizdən daşınmaların dayandırılması ilə bağlı narahatlıqlar səbəbindən artsa da, BMT, Ukrayna, Türkiyə və Rusiya arasında imzalanan taxıl dəhlizi sazişinin dəstəyi ilə düşüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.