Azərbaycanda insanların 78,6 %-i market və mağaza ödənişlərində daha çox nağd üsulu ilə, 20,4 %-i, yəni təqribən hər beş nəfərdən biri kartla ödənişlərə üstünlük verdiyini bildirib.
“Sahibkartv.az” xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğusu nəticəsində məlum olub.
Rəy sorğusunun nəticələri Azərbaycanda respondentlərin çoxunun ödənişlərdə nağd üsuluna üstünlük verdiyini və nağd ödənişlərdən tamamilə imtina etmək istəmədiklərini göstərib.
Nəticələri sorğuda iştirak edənlərin təhsil göstəriciləri üzrə nəzərdən keçirdikdə iki dəfəyə yaxın fərq qeydə alınıb. Belə ki, orta təhsilə malik respondentlərin 15,7 %-i, ali təhsilə malik olanların isə 31,9 %-i kartla ödənişə üstünlük verdiyini ifadə edib. Nəticələrə əsasən, 18-24 yaş qrupunda olan hər dörd nəfərdən biri (26,1%), 35-44 yaş qrupunda olanların 22,6 %-i, 55-64 yaş qrupunda olanların 14,1 %-i kartla ödənişlərə üstünlük verir.
Dövlət sektorunda işləyənlərin 65,9 %-i, özəl sektorda muzdlu işləyənlərin 73,7 %-i və fərdi əmək fəaliyyəti ilə məşğul olanların 89,4 %-i market və mağaza ödənişlərində nağd üsula üstünlük verdiyini bildirib. Həmçinin nəticələrin təhlilinə əsasən, respondentlərin orta aylıq gəlir səviyyəsinin artması ilə nağd ödəniş üsuluna üstünlük verənlərin sayı arasında neqativ əlaqə qeydə alınıb.
Qeyd edək ki, sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95 %, xəta payı 5 %-ə bərabərdir.
Dünya Bankının ötən il üzrə məlumatına görə, dünyada son 10 il ərzində bank hesabına, yaxud virtual "pul qabı"na malik olanların göstəricisi 51%-dən 76 %-ə yüksəlib. Başqa sözlə, 2021-ci ildə hər dörd nəfərdən birinin bank, yaxud mobil pul hesabına malik olduğu bildirilir.
Pandemiyadan əvvəl dünyada nağd puldan istifadə həcmində müşahidə olunan azalma tendensiyası pandemiyanın təsirləri ilə daha da sürətlənib. Tədqiqatlar postpandemiya mərhələsində kart ödənişlərinin yüksək həcmdə artdığını göstərir.
Avropa Mərkəzi Bankının məlumatları koronavirus pandemiyası və iqtisadiyyatın davam edən rəqəmsallaşmasının ödəniş üsulları da daxil olmaqla gündəlik həyatın bütün sahələrinə təsir etdiyini göstərir. Rəqəmləri nəzərdən keçirdikdə, Avropa məkanında 2016-cı ildə 79 %-ə, 2019-cu ildə 72 %-ə bərabər olan nağd ödənişlərin həcmi 2022-ci ildə 59 %-ə qədər azalıb.
Ayrı-ayrı tədqiqatlar Avropa ölkələri arasında kart ödənişlərinin miqyasına görə ilk sırada Norveçin, Finlandiyanın, nağd ödənişlər üzrə isə Bolqarıstanın, Rumıniyanın qərarlaşdığını göstərir. Yəni rəqəmsal ödəniş imkanlarının artmasına baxmayaraq, nağd ödənişlərin hələ də prioritet olaraq qaldığı ölkələr kifayət qədərdir.
Sahibkarlar üçün “Digital Twin” Sistemləri ilə Real Sınaq İmkanı Yaradıldı
19:17 / 26-04-2025
Sərmayəçilər üçün Startapların Etibar İndeksi Yaradıldı
18:51 / 26-04-2025
AI əsaslı “Franchise Uyğunluq Sistemi” Sahibkarlarda Marağa Səbəb Olub
18:20 / 26-04-2025
Sahibkarlara Öz Komandası Üzərində Liderlik Tərzini Ölçmək İmkanı Verildi
18:00 / 26-04-2025
Mikro-Bizneslər üçün AI əsaslı “Market Dinamika Paneli” Yaradıldı
17:49 / 26-04-2025
Yeni Layihə Menecmenti Sistemi Sahibkarları Dəqiq Proqnozlarla Təchiz Edir
17:29 / 26-04-2025
Sahibkarların Şəxsi Produktivliyini Ölçən Platforma Böyük Marağa Səbəb Oldu
17:00 / 26-04-2025
Müştəri Əlaqələri üçün “Davranış Kodu” Analizi Sistemi Sınaqdan Keçdi
16:45 / 26-04-2025
TikTok Alqoritminə Uyğun Reklam Yaradan AI Platforması İstismara Verildi
16:23 / 26-04-2025
Sahibkarlar üçün AI əsaslı “Bazar Fırsatı Radarı” Hazırlandı
16:00 / 26-04-2025
“Yaşıl” Bizneslərin Maliyyə Güzəştləri üçün AI Məsləhətçisi Tətbiq Olundu
15:47 / 26-04-2025
Sahibkarlar üçün “Sosial Dəstək Analiz Platforması” İstifadəyə Verildi
15:21 / 26-04-2025
Avtomatik İdeya Yoxlama Sistemi Sahibkarlara Yoldaşlıq Edir
14:43 / 26-04-2025
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
14:36 / 26-04-2025
Süni İntellekt İstehsalatda Zaman İdarəetməsini 40% Təkmilləşdirir
14:18 / 26-04-2025
Startaplar üçün “Zəif Nöqtə Analizi” Platforması Tətbiq Olundu
14:00 / 26-04-2025
Sahibkarlar üçün “Virtual Satış Məsləhətçisi” Dönəmi Başladı
13:45 / 26-04-2025
Mikrobizneslər üçün Avtomatik Risk Diaqnostikası Sistemi İstismara Verildi
13:16 / 26-04-2025
Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil öldü - Foto
11:54 / 26-04-2025
Dünya liderləri Romaya toplaşır - Fotolar - Yenilənir
11:49 / 26-04-2025
Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq - Video
11:06 / 26-04-2025
İlham Əliyevin Çinə səfəri İrəvana növbəti siqnaldır
10:55 / 26-04-2025
Ərdoğan Azərbaycana səfər edəcək
10:50 / 26-04-2025
Çernobıl AES-də baş verən qəzadan 39 il ötür
10:42 / 26-04-2025
Azərbaycanda əhalinin 78,6 %-i pərakəndə ticarətdə nağd ödənişə üstünlük verir - SORĞU

Bölməyə aid digər xəbərlər

Tarix: 7-01-2023, 09:30 Oxunub: 151
Bölməyə aid digər xəbərlər
11-07-2022, 13:01
Bahalaşan neftin qiyməti Azərbaycana necə təsir edə bilər?
16-06-2022, 18:35
Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxış edib - YENİLƏNİB-3
19-05-2022, 16:04
Daha bir publik hüquqi şəxs yaradıldı - FƏRMAN
31-01-2022, 10:52
Azərbaycanda təhsil seqreqasiyası: Həkimləri birinci və ikinci dərəcəliyə ayıran qərarlar - ARAŞDIRMA + FOTO
23-12-2021, 10:50
Leyla Əliyeva sərgidə iştirak edib - FOTO
10-11-2021, 22:16
Bu il Bal yarmarkasında 100 tondan artıq arıçılıq məhsulu satılıb
10-10-2021, 13:01
İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub - FOTO
30-09-2021, 11:05
Azərbaycanın iqtisadi inkişaf perspektivləri nikbin görünür - TƏHLİL
23-09-2021, 12:27
Sahibkarsan? Biznesin artıq CİBindədir!
22-09-2021, 16:01
“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi Şuşada - FOTO/VİDEO
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
1-07-2021, 13:37
Azərbaycan könüllüləri arasında “Nizami Kvest” intellektual komanda oyunu keçirilib - FOTO
30-06-2021, 10:07
“Pensiya yaşına yenidən baxılması nəzərdə tutulmur” - DSMF sədri
11-06-2021, 10:35
2021-ci ilin sonunda Dollar/TL məzənnəsinin 9 Türk lirəsinə yaxınlaşacağı gözlənilir
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO